Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanda gənc şair intihar etdi – FOTO

Azərbaycanda gənc şair intihar etdi – FOTO

Gənc şair Şaiq Sadıqzadə intihar edib.

Publika.az xəbər verir ki, 27 yaşlı Ş.Sadıqzadə yaşadığı evin həyətindəki ağacdan özünü asaraq həyatına son qoyub.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Ş.Sadıqzadə Lənkəran Dövlət Universitetinin məzunu olub və coğrafiya müəllimi işləyirmiş. O, tələbə olarkən ixtira etdiyi cihazla gündəmə gəlmişdi.

Şaiq Sadıqzadə həm də şair kimi tanınıb, çoxlu şeirlər müəllifi olub.

Həmçinin oxuyun

“Bu gün zəngilanlıların heç tükü də tərpənmir…”

“Təkcə  Zəngilanın yox, eləcə də Cəbrayılın, Qubadlının, Füzulinin işğal tarixi sözün həqiqi mənasında keçmişə qovuşur”.Bunu Moderator.az-a …