Ana səhifə / Cəmiyyət / Azərbaycanda fransız şirkəti məhkəməyə verildi

Azərbaycanda fransız şirkəti məhkəməyə verildi

Azərbaycanda fəaliyyət göstərən məşhur fransız şirkəti “Büro Veritas Azeri” MMC məhkəməyə verilib. 
“Premium Mining” MMC Bakı Kommersiya Məhkəməsində fransız şirkətinə qarşı iddia qaldırıb. İddia “Büro Veritas Azeri” MMC-nin müqavilələrdən əmələ gələn öhdəlikləri ilə pozması ilə bağlıdır. Açıq mənbələrdə də işin mahiyyəti bu cür təsvir edilib.
İddia Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatındadır. İş üzrə 27 yanvar 2023-cü il tarixə məhkəmə hazırlıq iclası təyin edilib. 

“Büro Veritas Azeri” MMC 2004-cü ildə Azərbaycanda qeydiyyata alınıb. Nizamnamə kapitalı 75000 ABŞ dolları olan şirkətin qanuni təmsilçisi Amil Calalovdur. 
“Bureau Veritas” 1828-ci ildə əsası qoyulmuş sınaq, təftiş və sertifikatlaşdırma üzrə ixtisaslaşmış fransız şirkətidir. O, tikinti və infrastruktur, kənd-ərzaq və mallar, dəniz və dəniz, sənaye, sertifikatlaşdırma və istehlak məhsulları daxil olmaqla müxtəlif sektorlarda fəaliyyət göstərir. 
“Premium Mining” MMC barəsində isə açıq mənbələrdə hər hansı məlumat yoxdur.

Həmçinin oxuyun

Şəhid ataları PA-da: Şahmar Mövsümovla görüş təyin olundu – VİDEO

Xəbər verdiyimiz kimi, dünən Yardımlıdan olan bir qrup şəhid atası və yaxınları millət vəkili Sabir Rüstəmxanlı …