Bazar , Noyabr 28 2021
Ana səhifə / Cəmiyyət / “Azərbaycanda erməni dilinin tədrisi xoş qarşılanıb”

“Azərbaycanda erməni dilinin tədrisi xoş qarşılanıb”

Azərbaycanda erməni dilinin öyrənilməsinə marağın artdığı qeyd olunur. 2015-ci ildə siyasi elmlər doktoru, əslən Ermənistandan olan Hatəm Cabbarlının yazdığı erməni dili dərsliyi Bakıda Azərbaycan Respublikasının prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən çap edilib. 2018-ci ildə isə Bakı Dillər Universiteti Qafqazşünaslıq kafedrasının baş müəllimi Hüseyn Əsgərovun yazdığı “Erməni dilinin qrammatikası” dərsliyini nəşr edib.
“Oxucular Ermənistan haqqında məlumatı ilk mənbədən almaq istəyirlər”
Ermənişünas-politoloq, erməni dilinin bilicisi Telman Qasımlının Turan-a bildirib ki, Bakı Dillər Universitetində, Azərbaycan İqtisad Universitetində, Hərbi Akademiyada, Sərhəd Xidmətində və Dövlət Təhlükəsizliyi Xidmətində erməni dili öyrənilir. Son üç idarədə öz əməkdaşları üçün xüsusi kurslar yaradılıb.
“2020-ci ilə qədər erməni dilinə maraq olub, ancaq indiki qədər çox olmayıb. Bu dilin öyrənilməsinə marağın artmasının səbəbi ondan ibarətdir ki, oxucular Ermənistan haqqında məlumatı tərcümə olunmuş nəşrlərdən yox, bilavasitə erməni mənbələrindən almaq istəyirlər. Jurnalistlər, politoloqlar, siyasətçilər və digər peşələrin nümayəndələri öz karyera yüksəlişi və qonşu xalq haqda biliklərin artırılması üçün erməni dilini öyrənirlər”, – Telman Qasımov hesab edir.Lakin erməni dilinə marağın artması yerli mütəxəssisləri qane edə bilməz. Ermənistanın Azərbaycana köçmüş çox az sayda sakinləri ədəbi dili yaxşı bilirlər. Onların bir çoxu yaşla əlaqədar fəal işdən ayrılıblar, qalanları başqa peşələrlə məşğuldurlar və müəllimlik işinə vaxt ayıra bilmirlər. Bu adamlar radio, televiziya və elektron mətbuatda çalışır, Ermənistanda baş verən hadisələri işıqlandırırlar. Bakıda erməni dilində tarixi kitabların saxlanıldığı keçmiş erməni kilsəsində bir neçə mütəxəssis çalışır. Mütəxəssis çatışmazlığı səbəbindən erməni dilini kurslarda öyrənənlər dərs verməyə başlayıblar, – Qasımov əlavə edib.
“Azərbaycanda nəşr olunan erməni dili dərslikləri müəlliflərin orijinal yaradıcılıq əməyi deyil. Bu, əsasən Rusiya və Böyük Britaniyada bu ölkələrin əhalisi üçün nəşr olunmuş dərsliklərin Azərbaycan dilinə tərcüməsidir. Tərcüməçilər müəllifliyi özlərinə aid edirlər. Mən yalnız həqiqətən Bəhram Bayramov tərəfindən yazılmış hərbi qulluqçular üçün keyfiyyətli erməni dili dərsliyini bilirəm. O, çoxdan təqaüddədir”, – Qasımlı deyib.
Politoloq-jurnalist Nicat İsmayılov deyib ki, erməni dilinin öyrənilməsinə maraq dövlət qulluğunda belə mütəxəssislərə ehtiyacın olmasından irəli gələcək.
“Cəmiyyətdə anladılar ki, ermənilərlə inteqrasiya üçün onların dilini bilmək lazımdır”
“2020-ci il müharibəsindən sonra Azərbaycanda xüsusi təyinatlı silahlı qüvvələrdə hərbi xidmətin populyarlığı artıb. Hərbi Akademiyanın məzun zabitlərinin oraya qəbulu arzu edənlərin müəyyən fiziki tələblərinə uyğun həyata keçirilir. Meyarlara uyğun gəlməyənlər erməni dilini bildiklərinə görə qəbul olunacaqlarna ümid edirlər. İkinci səbəb odur ki, dövlət Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətilə inteqrasiyası istiqamətində iş aparmaq üçün erməni dilinin öyrənilməsini stimullaşdırır. Ölkəyə erməni dilini bilən məmurlar lazımdır”, – İsmayılov bildirib.
Qarabağda ötənilki müharibəyə qədər azərbaycanlıların erməni dilinə ciddi marağı olmayıb, sülh yaradıcısı Əvəz Həsənov bildirib. O vaxt ona ancaq Azərbaycan Milli Elmlər Akademiyasında erməni dili dərnəyi məlum idi.
“İndi cəmiyyətdə anlayıblar ki, Ermənistanla yaxınlaşmaq üçün, Qarabağ ermənilərinin Azərbaycan sosiumu ilə inteqrasiyası üçün mütəxəssislər lazımdır. Dövlət azərbaycanlıların erməni dilinin öyrənilməsində marağına xidmət edir edir. 2020-ci ildən bu maraq artıb. Dövlət ermənilərlə birlikdə sülh şəraitində yaşamağa hazır olduğunu dünyaya nümayiş etdirməlidir, ona görə də erməni dilini mənimsəmək üçün imkanlar yaradıldığı bəyan edilir. Digər tərəfdən, Qarabağda, Qarabağda və Ermənistanda erməni əhalisinə yayımlanan elektron KİV – də çalışmaq üçün mütəxəssislər korpusunun yaradılması ilə bağlı praktiki vəzifə var”, – Əvəz Həsənov bildirib.
2021-ci il 22 oktyabrda Azərbaycan Dövlət İqtisad Universitetində erməni dilinin tədrisinə başlanılıb. Universitet tədqiqatçıları üçün kurslar yaradılıb, ödənişsizdir. 23 nəfər dərs alır.
“Azərbaycanda erməni dili kursları haqqında xəbərlər xoş qarşılanıb”
Azərbaycan Dövlət İqtisad Universiteti Tədqiqat Mərkəzinin şöbə müdiri Rəna Hüseynova Turan-a bildirib ki, kurslar Ermənistan İqtisadiyyatının Araşdırılması Mərkəzi tərəfindən təşkil olunub. Kurslarda məqsəd erməni mətbuatının monitorinqi, Ermənistan iqtisadiyyatı haqqında materialların hazırlanması, bu sahədə tədqiqatların aparılması üçün kadrların hazırlanmasıdır.
Məzunların bilik səviyyəsi barədə sualın cavabında o deyib: “Bizim universitetimizin araşdırma mərkəzlərinin işçiləri üçün bu kurslar ödənişsizdir, pandemiyaya görə həftədə iki dəfə, bir akademik saat ərzində onlayn rejimdə keçirilir. Yekunda kursantlar imtahan verəcək və müvafiq biliklərə dair sertifikatlar alacaqlar.
Universitetdə 32 Elmi-Tədqiqat Mərkəzi fəaliyyət göstərir.
Məzunlar erməni dilində mətnləri oxuya və tərcümə edə, erməni dilində dialoq apara, Ermənistan iqtisadiyyatının vəziyyəti haqda tam məlumat ala bilirlər.
Rəna Hüseynovanın sözlərinə görə, İqtisad Universitetində bu kursların açılması ilə bağlı mətbuatda yayılan məlumatlar Azərbaycanda böyük maraq doğurub: “Müxtəlif peşələrin nümayəndələri, gənclər erməni dilini öyrənməyə başlayıblar. Mətbuatda yer alan məqalələrdən görünür ki, Azərbaycan ictimaiyyəti kursların açılması ilə bağlı xəbəri xoş qarşılayıb”.
O dəqiqləşdirib ki, birinci mərhələdə kurs (erməni dilinin qrammatikası dərsliyinin müəllifi, Azərbaycan Dillər Universitetinin müəllimi Hüseyn Əsgərov tədris edir) altı ay davam edəcək.
Hüseyn Əsgərov erməni dilinin tədrisilə bağlı sualları cavablandırmaqdan imtina edib və bunu müsahibəni Dillər Universitetinin prorektoru ilə razılaşdırmağın vacibliyilə izah edib. “Mənə deyirlər ki, jurnalistlərin suallarını cavablandırarkən öz səlahiyyətlərimdən kənara çıxıram”, – dərsliyin müəllifi və erməni dili müəllimi açıqlama verib.

Həmçinin oxuyun

“İki talesiz insanın oğluyam” – Məmməd İsmayıldan eşitmədiyiniz hekayətlər

Şair Məmməd İsmayıl şeirlərinin birində “bir bizim ömrümüz var, bir də ki taleyin ömrü”, deyir. …