Ana səhifə / Cəmiyyət / Azərbaycanda deputat özü-özünü təbrik etdi

Azərbaycanda deputat özü-özünü təbrik etdi

Dünən, 23 sentyabrda Milli Məclisin deputatı Ramil Həsən özünü “Facebook” səhifəsində ad günü münasibətilə təbrik edib. Belə bir maraqlı hadisə. Eyni zamanda, millət vəkili özünə üçüncü şəxs kimi, cəm şəklində  “sizi” deyə nəzakətlə müraciət edərək, adının əvvəllində cənab  sözünü yazmağı da unutmayıb.

“Bu gün VI çağırış Milli Məclisin deputatı, birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi Ramil Həsənin doğum günüdür. Bu münasibətilə Ramil müəllimi səmimi qəlbdən təbrik edir, can sağlığı və fədakar fəaliyyətində bol-bol uğurlar arzulayırıq !”, – deputat sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bu, Ucar bölgəsindən hakim Yeni Azərbaycan Partiyasından seçilən Ramil Həsənin fəaliyyəti ilə bağlı ilk maraqlı iş deyil. Bir neçə ay əvvəl millət vəkili rusdilli kanallardan birində qəribə bir çıxışla müsahibə verib. Ramil Həsənin rus dilini bilmədiyi ortaya çıxıb. Deputat fikirlərini müxtəlif rus sözlərindən ibarət bir sıra ifadə etməyə çalışıb.

Həmçinin oxuyun

Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir – FOTO

“Buglance” şirkətinin təsisçisi və direktoru Toğrul Səməd (Səmədov) “McDonald’s”ı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə dəstək …