Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanda dələduzluqla bağlı cəza sərtləşdirilir

Azərbaycanda dələduzluqla bağlı cəza sərtləşdirilir

Azərbaycan Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi sərtləşdirilir.

Maddəyə yeni bənd 178.4-cü bəndi əlavə edilir.

Yeni bəndə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, xüsusilə mütəşəkkil dəstə tərəfindən törədildikdə, külli miqdarda ziyan vurmaqla törədildikdə, əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə 2 dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə 12 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Maddənin hazırda qüvvədə olan 178.2.4-cü maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməklə xeyli miqdarda ziyan vurmaqla törədildikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yeni dəyişikliyə əsasən, bu əməl baş verdikdə 3 min manatdan 5 min manatadək miqdarda cərimə və ya 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılma nəzərdə tutulur.

178.1-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə görə 1000 manatdan iki min manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Dəyişikliklə bəndə “2 ilədək müddətə azadlığın məhdudlaşdırılması” cümləsi əlavə edilib.

Həmçinin oxuyun

“Ali Baş Komandan və xanımı isti nəfəsi ilə Ağdamın qanayan yarasına sığal çəkdi…”

“Ali Baş Komandanımızın doğma Qarabağın dilbər guşəsi və işğala məruz qaldığı gündən “Ruhlar şəhəri” adlandırdığımız …