Bazar ertəsi , May 20 2019
Ana səhifə / Cəmiyyət / Azərbaycanda bu ödənişi etməyənlər məsuliyyətə cəlb olunacaq

Azərbaycanda bu ödənişi etməyənlər məsuliyyətə cəlb olunacaq

Azərbaycanda işsizlikdən sığorta haqqını ödəməkdən yayınanlar məsuliyyətə cəlb olunacaq. 
“Report”un məlumatına görə, bu, Prezident İlham Əliyevin Cinayət Məcəlləsində dəyişikliklər edilməsi barədə imzaladığı qanunda öz əksini tapıb.
Bundan sonra xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma – cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin oxuyun

Türkiyədəki iş adamları Xocalıda bağça tikdirir

Xəbər verildiyi kimi, Türkiyədə yaşayan erməni iş adamları Xocalı şəhərində 90 uşaq üçün nəzərdə tutulan …