Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycanda bir milyon manata retro avtomobil satılır (VİDEO)

Azərbaycanda bir milyon manata retro avtomobil satılır (VİDEO)

Ağstafa rayonunun Köçəsgər kənd sakini Tural Abbasəliyevatasına hədiyyə edilən “Çayka” markalı avtomobili 30 ildir göz bəbəyi kimi qoruyur. 
Avtomobilin mühərrik həcmi 5.5 litr, avtomat ötürücü və geniş salona malikdir.
1973-cü ildə istehsal edilən bu avtomobil qeyri-adi görünüşü ilə diqqət çəkir. Bu avtomobil öz dövründə dövlət və hökumət adamları, nazirlər üçün nəzərdə tutulub.
Hazırda retro avtomobil kimi dəyərləndirilən bu maşına yüksək qiymət təklif etsələr də, sahibi onu satmaq istəməyib. Çünki sahibi onu fantastik qiymətə – bir milyon manata satmaq niyyətindədir.
Rusiyanın Qorki avtomobil zavodunun istehsalı olan bu maşın görənlərin marağına səbəb olur. Hətta onunla şəkil çəkdirənlər də olur. Toy, klip, film çəkilişlərinə də dəvət az deyil. Tural “Çayka” avtomobili ilə paytaxtdakı retro avtomobil sərgilərinə də qatılmaq istəyir.


Həmçinin oxuyun

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız — VİDEO

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi …