Bazar ertəsi , Aprel 19 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycanda ana bətnindəki qız uşağını öldürmək istədi: Özü həyatını itirdi

Azərbaycanda ana bətnindəki qız uşağını öldürmək istədi: Özü həyatını itirdi

Şabranda 21 yaşlı gənc ana zəhərlənmədən dünyasını dəyişib.

Rayonun Ceyranlı kənd sakini Məleykə Vahab qızı Yusifova martın 26-sı gecə 03.40 radələrində dünyasını dəyişib.

Hadisə yerinə Şabran prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəlib. İlkin araşdırma zamanı məlum olub ki, gənc qadın hamilə olub və o bətnindəki körpəni tələf etmək üçün həblərdən istifadə edib. Uşaq ana bətnində öldüyündən gənc ananın qanında zəhərlənmə baş verib və Məleykə Yusifova vəfat edib.

İlkin olaraq məlum olub ki, 21 yaşlı ana bətnindəki körpənin cinsinin qız olduğunu bilib və bu səbəbdən uşağı tələf etmək istəyib. Bütün bu ehtimalları Şabran rayon prokurorluğunda başlanan araşdırma müəyyən edəcək. Ananın bu hamiləlikdən əvvəl bir qız uşağının olduğu deyilir.

Həmçinin oxuyun

Azərbaycan polisindən xəbərdarlıq: Rusiyada qanun dəyişib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib. “Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və …