Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanda 861 dini qurum qeydiyyatdan keçib

Azərbaycanda 861 dini qurum qeydiyyatdan keçib

“Azərbaycanda 31-i qeyri-islam təmayüllü olmaqla 861 dini qurum qeydiyyatdan keçib. Respublikada 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib.

Komitə sdəri oktyabrın 29-da Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliardın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitə sədri Azərbaycanda mütəmadi olaraq dini ibadətgahların inşa və bərpa edildiyini, müsəlman və qeyri-müsəlman dini icmalara maliyyə yardımları ayrılmasından danışıb. Aİ-nin Xarici siyasət üzrə ali nümayəndəsinin müavini Jan-Kristof Belliardın Azərbaycanda dini mühitdən razılıq etdiyi bildirilir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsinin aparıldığı qeyd edilir. (Turan)

Həmçinin oxuyun

Azərbaycanlı şirkət rəhbəri “McDonald’s”a görə xalqı təhqir edir – FOTO

“Buglance” şirkətinin təsisçisi və direktoru Toğrul Səməd (Səmədov) “McDonald’s”ı Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə dəstək …