Şənbə , İyul 4 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycanda 7 minə yaxın müəllim iş yerini dəyişmək istəyir

Azərbaycanda 7 minə yaxın müəllim iş yerini dəyişmək istəyir

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə elektron sənəd qəbulu başa çatıb.

Nazirlikdən verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün 10068 namizəd elektron qeydiyyatdan keçib, onlardan 6871 nəfəri elektron ərizəsini təsdiq edib.

Hazırda elektron ərizələrin yoxlanılması prosesi həyata keçirilir. İyun ayı ərzində elektron yerləşdirmənin nəticələri namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Həmçinin oxuyun

Asim Mollazadə DTX-nın saxladığı qohumundan danışdı

“Fərhad Mollazadə ilə qohumluğumuz var. Lakin o, hökumətin adamıdır və bizim fərqli siyasi baxışlarımız olduğuna …