Cümə , Yanvar 22 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycanda 4 gün iş yoxdur

Azərbaycanda 4 gün iş yoxdur

Bu həftə müsəlman dünyası Qurban bayramını qeyd edəcək.

Azinforum.az-ın məlumatına görə, bayram münasibəti ilə Azərbaycanda 4 gün qeyri-iş günüdür. Baş Nazir Əli Əsədovun “2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2 dekabr 2019-cu il tarixli sərəncamına əsasən, 2020-ci il iyulun 31-i və avqustun 1-i Qurban bayramı günləri müəyyən edilib.

1 avqust şənbə gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, 3 avqust – bazar ertəsi ilə yeri dəyişdiriləcək, bazar ertəsi də qeyri-iş günü olacaq.

Pandemiya dövrünə təsadüf edən bu bayram digərlərindən fərqli olacaq. Operativ Qərargahın brifinqində açıqlama verən Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib ki, bayramla bağlı xüsusi tədbir planı hazırlanır.

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …