Cümə axşamı , Aprel 25 2019
Ana səhifə / Cəmiyyət / “Azərbaycanda 2 milyon 100 mindən çox ailə var”

“Azərbaycanda 2 milyon 100 mindən çox ailə var”

“Əfsuslar olsun ki, bu gün biz dünyada ailələrin sayının azaldığını müşahidə edirik. Bir çox ölkələrdə isə ailə anlayışı sosial institut kimi öz əhəmiyyətini itirmək üzrədir”.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, professor Hicran Hüseynova “Azərbaycanda ailə, qadın və uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər” sərlövhəli məqaləsində yazıb.
Komitə sədri vurğulayıb ki, dünyada son 53 ildə boşanmaların sayı iki dəfə artıb, nikahların sayı da bir o qədər azalıb: “Biz bu gün ətrafda nə görürük? Ekstremizm, zorakılıq, hərbi münaqişələr, iqtisadi böhranlar, sosial ədalətsizlik bəşəriyyətin gələcəyinə təhlükə yaradır. Nəticədə ailələr dağılır, milli-mənəvi dəyərlər deformasiyaya məruz qalır. Lakin bütün bunların fonunda Azərbaycanda ailə institutu qorunub saxlanılır, insanlar təhlükəsizlik, dostluq, mehribançılıq, tolerantlıq şəraitində yaşayırlar. Artıq dünyanın bütün ölkə və xalqları Azərbaycanın ailə və mədəni tolerantlıq modelini qəbul edir. Bu gün ölkədə ailə institutunun möhkəmləndirilməsi üçün hansı imkanlar var? İlk növbədə, qeyd etmək lazımdır ki, güclü qanunvericilik bazası mövcuddur. Yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir”.
H.Hüseynova vurğulayıb ki, ailələrin sosial rifahını yüksəltmək üçün hökumət mütəmadi zəruri tədbirlər həyata keçirir.
“İldən-ilə ailələrimizin sosial müdafiəsi güclənir, müxtəlif layihələr reallaşdırılır. Bunun nəticəsində son 20 il ərzində əhalimizin sayı artaraq 9 milyon 900 mini ötüb. Bu gün Azərbaycanda 2 milyon 100 mindən çox ailə var. Yüzlərlə ömrünün 25, 50, 60 və daha çox müddətini bir yerdə yaşayan uzunömürlü ailələrimiz var”

Həmçinin oxuyun

“Bakı və bölgələrdəki körpü və keçidlərə şəhid adları verilsin” – TƏKLİF

“Şəhid ailələri ilə səmimi görüş zamanı paytaxtımız Bakının və Azərbaycanın digər böyük şəhərlərinin körpü və …