Çərşənbə axşamı , Noyabr 29 2022
Ana səhifə / Cəmiyyət / Azərbaycanda ən yaşlı pensiyaçının 132 yaşı var

Azərbaycanda ən yaşlı pensiyaçının 132 yaşı var

Azərbaycanda ən yaşlı pensiyaçının 132 yaşı var. O, hazırda Lənkəran rayonunda qalır.

Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Respublika üzrə kişilər arasında ən yaşlı pensiyaçı Bakı şəhər sakini İbrahimov Hilal İsa oğludur. O, 1915-ci il iyulun 1-də anadan olub. Qadınlar arasında ən yaşlı pensiyaçı isə Lənkəran rayon sakini Əzizova Tamam Əli qızıdır. O, 1890-ci ilin yanvarın 1-də anadan olub. Hazırda onun 132 yaşı var.

Həmçinin oxuyun

“Fəxrəddin Manafovun məni öpməsi qəfil baş verdi, ssenaridə yox idi…”

“Elə sirrlərim var ki, onları heç kimlə bölüşməmişəm. Aktrisadan aktrisaya dost ola bilər, amma sirdaş …