Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslər and içdilər – FOTOLAR

Azərbaycan vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslər and içdilər – FOTOLAR

25 dekabr 2018-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin 241 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi haqıında imzaladığı sərəncamın icrası olaraq Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib.
Belə ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov həyatlarında ən unudulmaz günlərdən birini yaşayan tədbir iştirakçılarını Azərbaycan vətəndaşı kimi şərəfli və məsuliyyətli adı daşıyacaqları münasibəti ilə təbrik edib. Bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın dinamik inkişaf edən ölkələri sırasında yer alan Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq böyük fəxr və xoşbəxtçilikdir. Son illər respublikanın sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə bütün sahələrinin dinamik inkişafı, ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi istiqamətində yaradılan münbit şərait Azərbaycana istirahət etmək, yaşamaq və işləmək üçün gəlmək istəyən əcnəbilərin sayının artmasına səbəb olub.

Vüsal Hüseynov diqqətə çatdırıb ki, dünyada tolerant və multikultural, təhlükəsiz ölkə kimi tanınan Azərbaycanın vətəndaşlığını əldə etmək şərəfinə nail olmaq istəyən şəxslərin də sayında artım müşahidə olunur. Çıxışının sonunda Xidmət rəisi 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Sonra vətəndaşlığa qəbul olunan 233 nəfər və bərpa edilmiş 8 şəxs təntənəli şəraitdə Azərbaycanın dövlət bayrağı önündə Konstitusiyaya əl basaraq Azərbaycanın dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.

Tədbir dövlət himninin ifası ilə yekunlaşıb. Sonda xatirə şəkili çəkdirilib.

Həmçinin oxuyun

Bu müəllimlər məcburi şəkildə vaksinasiya olunacaqlar – VİDEO

Məktəblərdə ənənəvi təhsilə fevralın 1-dən start veriləcək. Pandemiya dövründə şagird və müəllimlərin təhsil prosesinə cəlb …