Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycan vətəndaşı Türkiyənin tanınmış cərrahından polisə şikayət edib

Azərbaycan vətəndaşı Türkiyənin tanınmış cərrahından polisə şikayət edib

Azərbaycan vətəndaşı Türkiyənin tanınmış cərrahından polisə şikayət edib.

ONA-nın məlumatına görə, 33 yaşlı Eldar Qasımov polisə ərizə ilə müraciət edərək bildirib ki, 2011-ci ildə “İstanbul NS” klinikasında türkiyəli plastik-estetik cərrah Sebaheddin Kandal onun burnunu əməliyyat edib. Əməliyyatın müqabilində 2000 manat ödəyib. Lakin sonradan E. Qasımovun burnu əyilib və fəsadlar əmələ gəlib.

“İstanbul NS” klinikasından ONA-ya bildirilib ki, vətəndaş Eldar Qasımov məlum məsələ ilə bağlı onlara da şikayət ünvanlayıb. Lakin şikayətçi dəfələrlə görüşə çağırılsa da, klinikaya gəlməkdən imtina edib.

Həmçinin oxuyun

“Bu gün zəngilanlıların heç tükü də tərpənmir…”

“Təkcə  Zəngilanın yox, eləcə də Cəbrayılın, Qubadlının, Füzulinin işğal tarixi sözün həqiqi mənasında keçmişə qovuşur”.Bunu Moderator.az-a …