Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib

Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Ordusu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yerli icra hakimiyyəti orqanları və ictimai qurumların nümayəndələri ilə birgə bayram tədbirləri təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin və müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın dövlət himni səsləndirilib.

Təsdiq olunmuş plana əsasən, hərbi hissələrdə keçirilən bayram konsertləri, mədəni-kütləvi, hərbi vətənpərvərlik və digər tədbirlərə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri qatılıblar.

Tədbirlərdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Gəncə Qarnizon Zabitlər Evinin, rayon və şəhər mədəniyyət qurumlarının kollektivləri maraqlı proqramlarla şəxsi heyət qarşısında çıxışlar ediblər.

Həmçinin oxuyun

Ömrünün 8 ili məhbəsdə, qalanı Kəlbəcərsiz keçən adsız xalq şairi…

Kəlbəcər deyəndə gözümün qarşısına şəkillərdə gördüyüm füsunkar mənzərəsindən də əvvəl əsrarəngiz bir adam gəlir. Şair …