Cümə , Oktyabr 23 2020
Ana səhifə / Cəmiyyət / Azərbaycan Ordusunda idman yarışları keçirilir

Azərbaycan Ordusunda idman yarışları keçirilir

Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında müdafiə nazirinin əmrinə əsasən hərbi birliklərdə sıçrayış marşı üzrə yarışlar keçirilir.

Müdafiə Nazirliyi bildirir ki, motoatıcı, əməliyyat və kəşfiyyat bölmələrinin cəlb olunduğu yarışlarda komandalar müxtəlif məsafələrdə müəyyən olunmuş marşrut üzrə güclərini sınayırlar.

Birincilik uğrunda mübarizədə iştirak edən hərbi qulluqçular bölmələr tərkibində ştat silahları və tam təchizat ilə uzun məsafələri sürətlə qət etməklə dözümlülük və bacarıqlarını təkmilləşdirirlər.

Həmçinin oxuyun

İşğaldan azad edilən Mincivan qəsəbəsinin əsrarəngiz görüntüləri… – FOTOLAR

Dünən işğaldan azad edildiyi açıqlanan Zəngilan rayonunun Mincivan qəsəbəsinin fotolarını təqdim edirik.Xatırladaq ki, Mincivan qəsəbəsi …