Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Cəmiyyət / Azərbaycan oliqarxları offşor biznes qurmaq üçün benefisiarlarını Seyşel adalarına göndərir

Azərbaycan oliqarxları offşor biznes qurmaq üçün benefisiarlarını Seyşel adalarına göndərir

Bu ilin payızında Seyşel adalarında Azərbaycandan və bəzi digər ölkələrdən olan biznesmenlər bu offşor ada dövlətinə investisiya qoyuluşlarının praktiki məsələlərinə həsr edilmiş konfransa qatılacaqlar.

Virtualaz.org saytı xəbər verir ki, konfransda Azərbaycandan bir sıra iri oliqarxların benefisiarları iştirak edəcəklər. Konfransda iştirak etmək üçün yüksək məbləğ ödəmək lazımdır.

Konfrans Seyşel Rus Biznes Forumu adlanır və bu il ikinci dəfə keçiriləcək. Konfransın məqsədi rusdilli investorların Seyşel adalarında investisiya proqramları, investorlara hüquqi və vergi dəstəyi, Seyşel adalarında offşor biznesə başlamaq və inkişaf etdirmək şərtləri ilə tanış edilməsidir.

Konfransda bütün suallara Seyşel adaları Respublikasının nümayəndələri – Maliyyə, Ticarət və Mavi İqtisadiyyat Nazirliyi, İnvestisiyalar, Sahibkarlığın inkişafı və Biznes-İnnovasyalar Nazirliyi, Seyşel İnvestisiya Komitəsi, İnkişaf və Təbii Resurslar Nazirliyi, bankirlər, hüquqşünaslar, işgüzar dairələrin nümayəndələri cavab verəcəklər.

Foruma rusdilli nümayəndə heyətinin üzvləri olaraq Rusiya, Azərbaycan, Qazaxıstan, Gürcüstan, Belarus, İsrail, Almaniya və digər ölklərdən biznesmenlər qatılacaqlar. Forumun təşkilatçıları Seyşel adaları hökuməti, Seyşel İnvestisiya Komitəsi, “Seyşel rusca” layihəsidir.

Hər bir iştirakçı üçün fərdi əyləncə və istirahət proqramının tərtib edildiyi bu foruma qatılmaq üçün xüsusi formanı doldurmaq lazımdır.

Bundan sonra iştirakçılara foruma qatılmaq üçün nə qədər ödəmək lazım gəldiyi haqda hesab təqdim ediləcək. Forum iştirakçıları bir qayda olaraq özəl təyyarələrə malik olan multimilyonçular və milyarderlər, onların benefisiarlarıdır.

Həmçinin oxuyun

Çoxuşaqlı ailələrin sayı niyə azalır? – Videosorğu

Azərbaycanda çoxuşaqlı ailə modeli tarixə qovuşmaq üzrədir. Ölkədə doğulan uşaqların sayı, eləcə də ailədə 3, …

Bir cavab yazın