Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycan oliqarxları Almaniyanın kurort şəhərini “topdan” alır…

Azərbaycan oliqarxları Almaniyanın kurort şəhərini “topdan” alır…

Azərbaycandan olan investorlar Almaniyanın kurort şəhəri Bad-Bevensendə müflis olmuş otelləri və daşınmaz əmlak bazarında yaşanan böhran ucbatından sürətlə ucuzlaşan digər kommersiya təyinatlı tikililəri sürətlə alır.

Virtualaz.org saytı xəbər verir ki, bu haqda Almaniya mənbələrində bəhs edilir.

Bad-Bevensen Almaniyanın Aşağı Saksoniya əyalətində kiçik kurort şəhəridir. Şəhərin füsunkar mənzərəsi, termal suları, müalicə sanatoriyaları, yaxşı infrastrukturu və meyvə bağları göz oxşayır.

Buna baxmayaraq Bad-Bevensen otelçiləri hazırda çətin günlərini yaşayır. Yay mövsümü olmasına baxmayaraq onlar qonaq qıtlığı çəkir və bir çox otellər qiymətləri kəskin aşağı salsa da müştəri yoxdur. Bu səbəbdən otelçilərin bir qismi müflis olub və əmlaklarını satışa çıxarıb.

“Uzaq Azərbaycandan “ olan investorlar üçün isə bu, əsl fürsətdir – son vaxtlar onlar bir-birinin ardınca problemlə üzləşmiş daşınmaz əmlak sahiblərinin ucuz satış təkliflərindən yararlanırlar. Bura otellər, ticarət mərkəzləri, restoranlar və s. daxildir.

Qeyd edək ki, Azərbaycan oliqarxlarının pullarını Almaniyada və digər Avropa ölkələrində turizm sektoruna yatırmaları onların Azərbaycanın özündə bu sektorun perspektivlərinə şübhə etdiyini göstərir.

Azərbaycanda dövlət turizm sektorunu inkişaf etdirmək üçün çalışsa da bahalı aviabiletlər, bahalı otellər və digər amillər həm ölkədaxili turizmi əngəlləyir, həm xaricdən turistlərin axınına mane olur.

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın