Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycan Nəşriyyatının  qarşısına soxuşdurulan parkomat söküldü – FOTO

Azərbaycan Nəşriyyatının  qarşısına soxuşdurulan parkomat söküldü – FOTO

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Nəşriyyatının qarşısındakı ağacların dibinə  soxuşdurulan parkomat sökülüb. Qeyd edək ki, iki gün əvvəl binanın qarşısına qoyulan prkomat Nəşriyyatda işləyən jurnalistlərin ciddi narazılığına səbəb olmuşdu. Çünki bu hal binada az məvaciblə işləyən jurnalistlərin büdcəsilə tərs mütənasiblik təşkil edirdi. Vəziyyət olduğu kimi qalsaydı,  onda hər gün könə avtomobiliylə işə gələn və həmin binada 10 saat vaxt  keçirməli olan media mənsubu  gündə azı parkomata 5 manat ödəməliydi.  Cünki Nəşriyyatda işləyən jurnalistlərin avtomobillərini saxlaması üçün alternativ məkan yoxdur. Yolun qarşı tərəfində avtomobillərin dayanmasını qadağan edən nişan qoyulub, digər hissəni isə taksi sürücüləri zəbt edib. Azinforum.az bu halla bağlı məqalə dərc edərək, şəhər meri Hacıbala Abutalıbovdan yaranmış vəziyyətə əncam çəkməsini xahiş etmişdi. Məsələyə oprativ reaksiya verən şəhər meriyası bu gün parkomatın söküləmsini təmin edib. Problemə belə operativ reaksiya verdiyi üçün hörmətli Hacıbala Abutalıbova minnətdarlığımızı bildiririk.  Həmçinin bu məsələnin ictimailəşməsində yaxından iştirak edən və sona qədər mübarizə aparan “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərziliyə təşəkkür edirik.

Çinarə SEYİDOVA

Azinforum.az

Həmçinin oxuyun

Məcburi köçkünlərin geri qayıdışı üçün 1,2 milyonluq təbliğat işləri görüləcək

Məcburi Köçkümlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi açıqlanıb.Yeniavaz.com xəbər verir ki, …

Bir cavab yazın