Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / “AZƏRBAYCAN” NƏŞRİYYATINDAKI JURNALİSTLƏR MÜHASİRƏYƏ DÜŞÜB – ŞOK

“AZƏRBAYCAN” NƏŞRİYYATINDAKI JURNALİSTLƏR MÜHASİRƏYƏ DÜŞÜB – ŞOK

“QAİ”lər bu gün “Azərbaycan” nəşriyyatının düz qarşısına da əl qoyub-“Saxlamaq qadağandır” nişanı yerləşdiriblər və 20-30 ildir iş yeri olanları bir-bir cərimələməyə başlayıblar… Biz nə edək? Qarşı tərəfdəki binaların həyətində bəzən maşın saxlayırdıq… Orada Hacı Xəlil adında, əslən Naxçıvandan olan bir sahibkar-universitet müəllimi olduğu deyilən şəxs 3 tərəfə şlaqbaum qoydurub pultu 40-50 manatdan satır… Rəhim Qazıyev yaşayan 9 mərtəbəli binanın altını dükan-bazar edən bu Hacı müəllim elə edib ki, biz jurnalistlər mühasirəyə düşmüşük… “QAİ”lər də iki gün əvvəl qarçı tərəfə dönməyi qadağan etdilər, bu gün də maşın saxlamağı.

sh

 

Bu ölkədə cərimə aparatı ilə büdcəni-cibi doldurmağı kim icad edib? Prezident yəqinki bunu bilmir. Jurnalistlərin iş yerinin qarşısını cərimə marağı ilə nişanlamaq nə dərəcədə doğrudur? Bir də bizə kömək edin, qarşıdakı beşmərtəbələrin girişini şlaqbaumlayan o Hacı Xəlil müəllimin işlədiyi universitetin rektorluğuna 200-300 jurnalist adından müraciət edək ki, bu kişi bizdən nə istəyir? Yasamal RİH başçısına “Təzadlar”ın adından müraciət-məqalə yazdıq, 1-ci müavin məktub yazdı ki, guya bu binalar kooperativ olduğu üçün şlaqbauma icazə verilir… Bu yalan kimə və nəyə xidmət edir? Bu gün jurnalistlərin Həmkarlar Təşkilatı Prezidentə müraciət hazırladı. Təxminən 1000 nəfərin imzalayacağı gözlənilir. Səsinizi və əlinizi qaldırın, haqqımızı qoruyaq ki, bizi hərif bilməsinlər!

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın