Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycan Milli QHT Forumu Şuranın maliyyə dəstəyi ilə layihə reallaşdırıb

Azərbaycan Milli QHT Forumu Şuranın maliyyə dəstəyi ilə layihə reallaşdırıb

Azərbaycan Milli QHT Forumu Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2020-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsini həyata keçirmişdir. Layihənin məqsədi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına institusional informativ, metodiki, təşkilatı dəstəyin təşkil olunması bununla ölkədə vətandaş cəmiyyəti institutlarının inkişafına nail olmaqdan ibarətdir. Layihə çərçivəsində görülən işlərin nəticəsi olaraq, bir çox QHT sənədləşmə, təşkilatımıza üzv olma, sənədlərin Ədliyyə Nazirliyinə təqdim olunması, təşkilatın qeydiyyata alınması, layihələrin yazılması və idarə olunması, müvafiq tədbirlərin keçirilməsi və digər məsələlərlə əlaqədar olaraq təşkilatlara xidmət göstərilmiş və layihə çərçivəsində QHT-lərin institusional inkişafına dəstək verilmişdir. Layihə çərçivəsində bir sıra QHT-lər tədbir Bakı Resurs və Təlim Mərkəzində tədbir keçirmişdir (pandemiya ilə əlaqədar insan sıxlığı və kütləvi tədbirlər məhdudlaşdırılmışdır). Kütləvi tədbir təşkil edən təşkilatlar onlayn formatda Forumun texniki dəstəyindən istifadə etmişdir. MQF-ə QHT-lər və vətəndaşlar tərəfindən gələn müraciətlərə əsasən, lazımi orqanlarla əlaqə yaradılmış və yönləndirilmişdir. Buraya dövlət qurumları, beynəlxalq təşkilatlar, mətbuat və digər QHT-lərlə əlaqələr daxildir. Pandemiya və müharibə dövrü ilə əlaqədar olaraq digər QHT-lərin bu istiqamətlərdə fəaliyyətinin gücləndirilməsi təşviq edilmiş, MQF bir neçə dəfə bununla bağlı toplantı keçirmiş və Qərargah yaradılmışdır. Qərargah üzvləri müxtəlif QHT-lərdən ibarətdir. Azərbaycan gerçəklərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində təşkilatların bəyanat göndərməsinə köməklik göstərilmiş, digər orqanlarla birlikdə Milli Orduya dəstək kampaniyalarının təşkil olunmasında QHT-lərə yardım edilmişdir. .MQF-nin təşəbbüsü ilə “Bakı QHT Resurs və Təlim Mərkəzi” İctimai Birliyi təsis edilmişdir. Birliyin əsas məqsədi Bakı, Sumqayıt və Abşeron rayonlarında yerləşən QHT-lərin institusional inkişafına dəstək göstərmək və onların fəaliyyətini əlaqələndirməkdən ibarətdir. Layihə çərçivəsində yaradılan www.brtm.az saytı vasitəsilə Bakı Resurs və Təlim Mərkəzinin yerinə yetirdiyi fəaliyyət ölkə ictimaiyyətinə təqdim ediləcəkdir. Bununla yanaşı QHT-lərin keçirdiyi tədbirlər, elanlar və digər xəbərlər bu saytla yayımlanacaqdır. Beləliklə, mərkəz haqqında və onun fəaliyyəti daha geniş informasiya əlçatan olacaqdır. Layihə çərçivəsində intentar avadanlıqların alınması mərkəzin texniki dəstəyini gücləndirmişdir. Nəzərə alsaq ki, bir sıra QHT-nin fərdi ofisi yoxdur, ona görə də mərkəzin bu dəstəyi QHT-lər üçün çox əhəmiyyətlidir. “MQF Könüllülər İctimai Birliyi yaradılmışdır. Birliyin məqsədi Ölkə prezidenti cənab İlham Əliyevin 2020-ci ili Azərbaycanda “Könüllülər İli” elan etməsi haqqında sərəncamına və çağırışına ictimai dəstək olaraq, gənclər arasında könüllülük ənənələri və mədəniyyətini formalaşdırmaq, könülllük sahəsində aktual və səciyyəvi məsələləri müzakirə etmək, könüllülük mədəniyyətinin gənclərin bir həyat tərzinə çevrilməsinə təkan verməklə, gənclərin fərdi inkişafına və sosial məsuliyətliyinin artmasına dəstək verməkdir. İctimai Birliyə hal-hazırda 300-ə yaxın gənc müraciət etmiş, onlayn müsahibələr təşkil edərək hər biri ilə görüş keçirilmiş və üzv seçilmişdir.Bottom of Form Layihə çərçivəsində Bakı QHT Resurs və Təlim Mərkəzi barədə daha geniş məlumatlandırmaqla QHT-lərin fəaliyyətinin inkişafına nail olmaq məqsədilə kitabça çap edilmişdir.

Həmçinin oxuyun

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız — VİDEO

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi …