Ana səhifə / Cəmiyyət / Azərbaycan mavilərə və lesbiyanlara ən dözümsüz ölkədir

Azərbaycan mavilərə və lesbiyanlara ən dözümsüz ölkədir

Lesbiyanların, mavilərin, biseksualların, transgenderlərin və interseks-insanların Beynəlxalq Assosiasiyasının Avropa bölməsi qomofobiya reytinqini dərc edib.

Virtualaz.org bildirir ki, reytinqdə Azərbaycan son – 49-cu yeri tutub.

Reytinq altı parametr üzrə tərtib edilib: bərabərlik və qeyri-diskriminasiya, ailə qurmaq imkanı, düşmənçilik dilinə qadağa, cinsin dəyişdirilməsi imkanı və hüquqi statusun tanınması, vətəndaş cəmiyyətinin hissəsi olmaq imkanı və mavilərə, lesbiyanlara, biseksuallara, transgenderlərə və interseks-insanlara sığınacağın verilməsi.

Beləliklə, başqa Avropa ölkələri ilə müqayisədə Azərbaycanda mavilərə və lesbiyanlara dözümsüzlük səviyyəsi çox yüksəkdir. Ermənistan, Moldova, San-Marino, Rusiya, Monako və Türkiyə də Avropa ölkələri arasında ən qomofob ölkələr hesab edilirlər.

Həmçinin oxuyun

Azərbaycanlı UAZ-a baş direktor təyin edilib

Azərbaycanlı Adil Şirinov Ulyanovsk avtomobil zavodunun (UAZ) baş direktoru təyin edilib. Bu barədə zavodun yaydığı …