Azərbaycan İlahiyyat İnstitutu üçün bina ayrılıb.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı məlumat verib.
Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin göstərişi ilə ayrılan 4 mərtəbəli binada hazırda təmir işləri gedir. Binanın növbəti tədris ilinə qədər hazır olacağı gözlənilir.
