Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycan hərbi kalonu Qırmızı Bazardan keçir, ermənilər qorxu ilə tamaşa edir

Azərbaycan hərbi kalonu Qırmızı Bazardan keçir, ermənilər qorxu ilə tamaşa edir

Sosial şəbəkələrdə Azərbaycan ordusunun Xocavəndin ermənilər yaşayan Qırmızı Bazar qəsəbəsindən keçən kalonunun görüntüləri yayılıb. Kadrlardan görünür ki, hərbi yük avtomobillərindən ibarət kalon yolun kənarında dayanıb, ermənilər isə ona heyrət və qorxu hissləri içərisində tamaşa edir.

Qeyd edək ki, Azərbaycan ordusunun Şuşada dislokasiya olunmuş bölmələrinin təminatı bir çox hallarda Qırmızı Bazar-Xankəndi yolu ilə, Rusiya hərbi polisinin müşaiyəti altında həyata keçirilir. Vaxtaşırı olaraq bu qəsəbədən Azərbaycan ordusunun hərbi kalonları hərəkət edir. Qəsəbə ermənilərin nəzarətində olsa da Azərbaycan ordusu Qırmızı Bazarın 700-800 metrliyində mövqe tutub.

Həmçinin oxuyun

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız — VİDEO

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi …