Bazar ertəsi , Dekabr 17 2018
Ana səhifə / Cəmiyyət / Azərbaycan dilində danışan robot – VİDEO

Azərbaycan dilində danışan robot – VİDEO

Uzun illərdir dünyanın müxtəlif ölkələrində robotların insanların gündəlik həyatını necə sadələşdirdiyinin şahidi oluruq. Nəhayət, Azərbaycanda da robot texnologiyasının rahatlığından istifadə etmək mümkün olacaq.
Belə ki, iki ay ərzində “BNB Dynamics” şirkəti “ağıllı robot” yaradıb. Yerli robotun adı “Bibot”dur. Bir neçə dildə proqramlaşdırılan “Bibot” müxtəlif suallara cavab verə bilir.

“Bibot”un əsas funksiyaları içərisində turistlərə və yerli əhaliyə xidmət dayanır. Robot lazım olduqda təcili yardım, yanğınsöndürən və polis çağırmağa da proqramlaşdırılıb. “Bibot” hər hansı bir AVM-də istifadə edilə bilər.

Gələcəkdə “BNB Dynamics” bu robotların sürətli prototiplərini inkişaf etdirəcək. Onlar müxtəlif sənaye aspektlərində insanları əvəz edə biləcək.

Qeyd edək ki, “BNB Dynamics” şirkəti 2018-ci ildə Bakıda yaradılıb. Şirkətin əsas istiqaməti robot texnologiyası, sənaye dizaynı, proqram təminatı, süni intellektin hazırlanmasıdır. Hazırda, şirkət tam robot-humanoid surəti yaratmaq üçün layihə üzərində işləyir. (AzVision.az)

VIPedu.BIZ

Həmçinin oxuyun

Bakıda qaydanı pozan sürücü özünə və polis əməkdaşına xəsarət yetirib

Bu gün saat 16:40 radələrində paytaxtın Nəsimi rayonunun Azadlıqprospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində nasaz vəziyyətdə, yol hərəkətində …