Ana səhifə / Cəmiyyət / “Azərbaycan Dəmir Yolları” QSC cərimələnib

“Azərbaycan Dəmir Yolları” QSC cərimələnib

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) karantin rejimini pozduğuna görə cərimələnib.

Protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə baxılması üçün göndərilib. İş hakim Babək Pənahovun icraatındadır.

QSC-yə protokol İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə tərtib olunub.

Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir.

Həmçinin oxuyun

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ! Bu gündən…

Bu gündən – 15 may 2021-ci il tarixindən “WhatsApp” messenceri istifadəçiləri seçim qarşısında qalır.Belə ki, …