Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycan 4 əsiri Ermənistana, Ermənistan 2 əsiri Azərbaycana qaytardı

Azərbaycan 4 əsiri Ermənistana, Ermənistan 2 əsiri Azərbaycana qaytardı

Ermənistan daha iki azərbaycanlı hərbi əsiri Azərbaycana qaytarıb. 

TASS-ın verdiyi xəbərə görə, bu barədə bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycan isə daha dörd erməni hərbi əsiri Rusiya və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana qaytarıb. Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib. “Əsirlərin geri qaytarılması ilə bağlı artıq onların qohumlarına məlumat verilib. Onlar hazırda həkim nəzarəti altındadır və lazımi tibbi və psixoloji yardım alacaqlar”, – deyə o qeyd edib. Baş nazirin müavini vurğulayıb ki, hərbi əsirlərin mübadiləsi prosesi davam edəcək. Xatırladaq ki, əsir və girovların qarşılıqlı mübadiləsi əsasında dekabrın 14-də Ermənistana 44 hərbi əsir qaytarılıb.

Həmçinin oxuyun

Oqtay Əsədovun Sulutəpədəki villası – FOTOLAR

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun Bakının Sulutəpə qəsəbəsindəki villası ilə bağlı yeni məlumatlar yayılıb. …