Cümə axşamı , İyun 17 2021
Ana səhifə / Cəmiyyət / Azərbaycan 220-dən çox rusiyalını vətəninə yola salıb

Azərbaycan 220-dən çox rusiyalını vətəninə yola salıb

Azərbaycan Rusiya vətəndaşlarının vətənlərinə geri dönməsi istiqamətində növbəti addımı atıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Dağıstan Respublikasının milli siyasət və dini məsələlər naziri Enrik Müslümov məlumat verib.

Onun sözlərinə görə, bu gün 228 Rusiya vətəndaşı “Samur” (Azərbaycan Respublikası) – “Yaraq-Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisindən vətənlərinə dönüblər.

“Yalnız 15 nəfər Dağıstan sakinidir, onlar bölgədə qaldılar. Digələri Rusiyanın müxtəlif regionlarının sakinidir”,- deyə Müslümov əlavə edib.

Həmçinin oxuyun

Vilayət Eyvazov məşhur rəisi işdən çıxardı

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.Manşet.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət …