Çərşənbə , May 22 2024
Ana səhifə / Cəmiyyət / Azərbaycan əhalisi içkiyə meyilli deyil – DEPUTAT

Azərbaycan əhalisi içkiyə meyilli deyil – DEPUTAT

“Azərbaycan əhalisi içkiyə meyilli deyil. Amma qanun layihəsinə görə, illik dekalitr artırılır. Bunun səbəbləri açıqlanmalıdır”. 

Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.  

“Statistikaya əsasən, içkiyə meyilli olan ölkələr var, amma Azərbaycan belə deyil. Bu artırılmanın səbəbləri açıqlanmalıdır. Əgər burada istehsal olunan içkilər xaricə ixrac olunacaqsa, bu, məqsədəuyğundur. Bu kimi məsələlərə aydınlıq gətirilməlidir. Ötən il 2744 hektarda 6336 ton tütün, 3 milyard ədəd siqaret istehsal etmişik. Biz istehsalı artırıb xaricə ixrac etməliyik”. 

Həmçinin oxuyun

“Qadınlar kişilərdən hansı sənətdə üstündür ki?” – VİDEO

“Şahmatda qadın-kişi faktoru çox önəmlidir. Qadınlar kişilərdən çox daha zəifdirlər”. Bunu “Persona” verilişinin qonağı olmuş …