Bazar ertəsi , Mart 25 2019
Ana səhifə / Cəmiyyət / Ayselin adı hallandığı ailə münaqişəsinin – Detalları

Ayselin adı hallandığı ailə münaqişəsinin – Detalları

Müğənni Aysel Əlizadənin adı keçən qalmaqallı ailə münaqişəsi ilə bağlı iş məhkəmə instansiyalarında həll edilir. Lakin qərarların icra olunmadığını iddia edən iş adamı Nəcəfov Elçin Oruc oğlunun həyat yoldaşı Turanə Nəcəfovanın ailəsi müvafiq qurumlara müraciət edib.

E.Nəcəfovun arvadı Turanə Nəcəfovanın nənəsi Manya Nəcəfova “Qafqazinfo” ilə əlaqə saxlayaraq Ali Məhkəmənin qərarından 3 aydan artıq müddət keçsə də‚ icraçı məmurların yuxarı instansiyanın qərarına məhəl qoymadığını bildirib.

Azərbaycan SSRİ Ali Sovetinin keçmiş deputatı, Frunze kalxozunun sədri işləmiş M.Nəcəfova qeyd edib ki, 2 ildən çoxdur nəvəsi Turanə və kürəkəni Elçin ayrılıblar: “Bütün instansiya məhkəmələrində uşaqların qəyyumluğu anaya verilib, lakin atası Elçin 9 yaşlı Zeynəbi bizə verməyib. İndi çalışırlar ki, Zeynəbin 10 yaşı olana kimi prosesi uzatsınlar‚ sonra da uşağı öyrədib atasında saxlasınlar. Çünki biz 2 ildir Zeynəbi görmürük, onu öyrədirlər, qorxudurlar, amma biz bilmirik. Nəticəmin taleyindən narahatam. Lakin Nərimanov rayon məhkəmə icraçıları nəticəm Nəcəfova Zeynəbi atasından alıb anası Nəcəfova Turanə Mətləb qızına təqdim etmirlər, öz vəzifə borclarını yerinə yetirməkdən boyun qaçırırlar”.

Cütlük boşanma üçün 2 il əvvəl məhkəməyə müraciət etsə də, mülk məsələsinə görə proses uzanıb və hələ qərar verilməyib.

Məlumata görə, iş adamı Elçin Nəcəfov Bakıda maşın satışı ilə məşğuldur. O, “Auto Gallery” avtomobil salonunun və paytaxtın bir neçə yerində maşın salonlarının sahibidir. 

Qeyd edək ki, T. Nəcəfova dünən “Səni axtarıram” verilişində müğənni Aysel Əlizadənin həyat yoldaşı Elçinlə münasibəti olduğunu və onu ailəsini dağıtmaqda ittiham etmişdi.

Həmçinin oxuyun

Balaca müdirlər: uşaqların idarə etdiyi 10 şirkət

Bir çox uşaqlar məktəb buraxılışını gözləmədən öz şirkətlərini təşkil edirlər. Bəzən onlara bu işdə  böyüklər …