Cümə , Oktyabr 23 2020
Ana səhifə / Cəmiyyət / Aynur Talıbova ABŞ-da işə başladı – Qab yuyur…

Aynur Talıbova ABŞ-da işə başladı – Qab yuyur…

Tez-tez qalmaqallı və sərt açıqlamaları ilə gündəmə gələn, bir müddət əvvəl ailəsi ilə ABŞ-a köçən eks-teleaparıcı Aynur Talıbova sosial şəbəkədə maraqlı paylaşım edib. 

“Qafqazinfo” xəbər verir ki, Talıbova “facebook”da  qabyuyan işlədiyini və bunu əks etdirən fotosunu izləyiciləri ilə bölüşüb.

O, bu işə görə saata 11 dollar qazandığını qeyd edib:

“Nəhayət ki, özümə yaraşan bir iş tapdım. Perspektivi var. Bir azdan qab yumaq texnikası ilə bağlı kitab yazacam”.

A.Talıbova paylaşıma yazılan şərhlərə cavabında zarafat etmədiyini, həqiqətən də qabyuyan kimi çalışdığını bildirib.


Həmçinin oxuyun

İşğaldan azad edilən Mincivan qəsəbəsinin əsrarəngiz görüntüləri… – FOTOLAR

Dünən işğaldan azad edildiyi açıqlanan Zəngilan rayonunun Mincivan qəsəbəsinin fotolarını təqdim edirik.Xatırladaq ki, Mincivan qəsəbəsi …