Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Cəmiyyət / Aydın Xırdalanlının anası: “İstəmirdim meyxanaçı olsun“ – VİDEO

Aydın Xırdalanlının anası: “İstəmirdim meyxanaçı olsun“ – VİDEO

“Mən özüm şəxsən meyxananı istəmirdim. Çox bəyənmirdim. Amma qulaq asırdım. Aydın toylara gedəndə axı belə telefonlar yox idi ki, meyxanalarına quıaq asım… Hərdən qohum-əqrabada olanda maraqlanırdım”.

Bu sözləri “Maqazin plus”a açıqlamasında mərhum meyxanaçı Aydın Xırdalanlının anası Bikə xanım deyib.

O bildirib ki, nə özü, nə də əri Aydının meyxanaçı olmağını istəməyiblər:

“Amma istəmirdim meyxanaçı olsun. Atası ümumiyyətlə istəmirdi. Toya gedəndə gedirdi, oradan çıxardırdı. Deyirdim ki, ürəyi istəyir qoy desin. Deyirdi, yox, imkan vermərəm meyxana desin”.

Qeyd edək ki, meyxanaçı Aydın Xırdalanlı 2019-cu ilin martın 23-də vəfat edib. O, uzun sürən xəstəlikdən sonra həyatını itirib.

https://baku.tv/embed/93002

Həmçinin oxuyun

Şəhidin dəfni zamanı “qəşş” edib gülən məşhur iş adamı imiş – VİDEO

Sosial şəbəkədə yayılan bu görüntü ikrah hissi oyadıb. Polis serjantı Ramil Şirinov dəfn mərasimi zamanı …