Şənbə , Fevral 24 2024
Ana səhifə / Cəmiyyət / Aydın Talıbzadə: Kino müsabiqəsi son dərəcə şəffaf olub

Aydın Talıbzadə: Kino müsabiqəsi son dərəcə şəffaf olub

Film layihələri müsabiqəsinin yekununa həsr olunmuş brifinq keçirilib

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) təşkilatçılığı ilə keçirilən film layihələri müsabiqəsinin yekununa həsr edilmiş brifinq təşkil olunub.

Dekabrın 2-də “Nizami” Kino Mərkəzində təşkil olunan tədbirdə müsabiqənin ekspert şurasının üzvləri kinodramaturq İlqar Fəhmi, teatrşünas Aydın Talıbzadə və rejissor Fehruz Şamiyev iştirak ediblər.

Tədbirdə bildirilib ki, dövlət sifarişi, kommersiya və sənəd filmi istiqamətlərində 1-i qısametrajlı, 3-ü tammetrajlı sənədli, 2-si qısametrajlı, 4-ü tammetrajlı bədii, 1-i qısametrajlı animasiya olmaqla ümumilikdə 11 layihənin, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin istehsalına dəstək göstərilməsi məqbul hesab edilib.

Ekspert Şurasının yekun qərarı ilə dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində ümumilikdə 11 layihənin 9-u, tələbə alt istiqaməti üzrə isə 16 tələbə filminin hamısı Ekspert Şurası tərəfindən təsdiq edilib.

Ekspert Şurasının son iclasında səsvermə nəticəsində 11 qalib layihədən ikisi- “Qorqud və Zəhra”, “Sözün varsa, de” səs çoxluğu ilə ssenarinin inkişaf proqramına yönləndirilib.

“Borc” və “Arılar və qəbirlər” film layihələrinin isə təkmilləşdirmə və ssenarinin inkişaf proqramına cəlb olunduqdan sonra istehsala buraxılması tövsiyə edilib.

Kinodramaturq İlqar Fəhmi bildirib ki, müsabiqənin məqsədi ölkədə kino sahəsinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, kinematoqrafiya fəaliyyətinin təşviq edilməsi və yerli kinematoqrafçıların təcrübəsinin artırılması, milli-mənəvi və ümumbəşəri dəyərləri təbliğ edən filmlərin istehsalına nail olunması, eləcə də bu sahədə özəl sektora dəstək verilməsindən ibarətdir.

Onun sözlərinə görə, seçim mərhələsi zamanı xarici ssenarilər əsasında çəkilən ekran əsərlərinin də sayı çox olub.

Müəyyən müzakirələrdən sonra qaliblər səs çoxluğu əsasında seçilib.

Rejissor Aydın Talıbzadə müsabiqənin son dərəcə şəffaf keçirildiyini bildirib.

120-yə yaxın film ssenarisinin müzakirə olunduğunu qeyd edib. Ssenarilər tam olaraq bəyənilməsə də, onların arasında xoş təsir bağışlayanlar da var idi.

Filmlərin maliyyələşməsinin uğurlu addım olduğunu diqqətə çatdıran rejissor Fehruz Şamiyev deyib ki, son 3 ildə Azərbaycanda film istehsalı dayanmışdı:

“Belə bir zamanda bu filmlərin maliyyələşməsi çox uğurlu addım oldu. Onların çəkdiyi əziyyətə biz öz yanaşmamızı göstərdik. Kino kollektiv sənətidir. Bu ssenarilərin ən uğurlarını seçib istehsalata buraxmaq doğru addımdır. Seçim zamanı iclasın bütün gedişinin katiblik tərəfindən protokolu tərtib olunaraq arxivləşdirilib. Azərbaycan Dövlət Film Fondunda müsabiqənin pitçinq mərhələsi təşkil olunan zaman seçim komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə bizlərlə birlikdə televiziya rəhbərlərinin də iştirakı təmin olunub”.

Tədbirdə bildirilib ki, müsabiqənin hər hansı mərhələsi ilə bağlı narazılığı olan iştirakçılar Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış Apelyasiya komissiyasına müraciət edə bilərlər.

Komissiyaya 9 nəfər yerli və xarici peşəkar kinematoqrafçıdan ibarət heyət cəlb edilib.

Apelyasiya komissiyasına son müraciət dekabrın 7-si tarixinə təyin olunub.

ARKA 2023-cü ilin iyulunda film müsabiqəsi elan edib.

Müsabiqə üç mərhələli olub.

Müsabiqənin sonuncu – layihələrin müdafiəsi (pitçinq) mərhələsi isə noyabrın 23-24-də keçirilib.

Müsabiqənin ümumi fondu 5,5 milyon manatdır.

Qaliblər müstəqil mütəxəssislərdən ibarət Seçim komissiyası və nazirlik tərəfindən bu günlərdə yaradılmış Ekspert Şurası tərəfindən seçilib.

“Xəzinə” (“Ultra Production” MMC), “Günəşdə də ləkələr olur” (“AzərNyuMedia” MMC), “Borc” (“Bakı Media Mərkəzi” MMC), “Arılar və qəbirlər” (“SFN Production” MMC) tammetrajlı bədii, “Nargin” (“Karvan Production” MMC), “Ölüm axtaran qadın” (“Bakı Media Mərkəzi” MMC), “Kür – çaylar anası” (“OD-MEDİA Production” MMC) tammetrajlı sənədli, “Daş” (“ART Baku Production” MMC), “Erkən hisslər” (“Rental Azərbaycan” MMC) qısametrajlı bədii, “Kapitan və Xəzər dənizi” (“Rental Azərbaycan” MMC) qısametrajlı sənədli, “Narqız” (“Peri Film” MMC) qısametrajlı animasiya film layihələrinin və 16 qısametrajlı bədii və sənədli tələbə film layihəsinin istehsalına dəstək göstərilməsinə qərar verilib.

Kinotənqidçiləri müsabiqənin qeyri-şəffaf keçirildiyini deyiblər.

Həmçinin oxuyun

SOCAR-ın keçmiş vitse-prezidenti niyə və kimin qəzəbinə gəldi? – VİDEO

Ötən həftə Xəzər TV-də Bakının Nizami rayonu Qara Qarayev prospekti 229 ünvanında aaprılan tikinti ilə …