Ana səhifə / Cəmiyyət / AYDIN QULİYEV: “İlham Əliyev Qarabağ danışıqlarının detalları mövzusunda xalqla dialoqa başlayıb”

AYDIN QULİYEV: “İlham Əliyev Qarabağ danışıqlarının detalları mövzusunda xalqla dialoqa başlayıb”

Son 6 ayın Qarabağ proseslərini izlədikcə maraqlı bir nüans ortaya çıxır. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ sülh danışıqlarının xalq üçün çox maraqla gözlənilən bəzi detallarını açıqlayır.

“Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev buna xüsusi məna verir. Və bunu əslində Azərbaycan Prezidentinin öz xalqı ilə aktiv Qarabağ dialoqunu başlanması kimi qiymətləndirir:

“Cənab Prezidentin son aylarda bir neçə daxili tribunada çıxışlarını izləmək kifayətdir. Hər şey olmasa da, indiyə qədər deyilməmiş və xalqın gözlədiyi bir sıra məqamlar açıqlanır. Cənab Prezident bununla əslində bütün Azərbaycan cəmiyyəti ilə, onun siyasi, media, qeyri-hökümət sektoru ilə fəal Qarabağ dialoqu aparır. Dünya Azərbaycanlılarının qurultayındakı məruzə, yarım ilin yekunlarına həsr olunmuş hökümət müşavirəsində məruzə, qlobal Bakı Forumunda məruzə, hərbçilər üçün yaşayış binasının açılış mərasimində məruzə, Nardaran sakinləri ilə görüşdə çıxışı və sair. Bunların hər biri Prezidentin Azərbaycan cəmiyyətinin mühüm bir hissəsilə dioloq formatıdır. Göstərilən məruzələrdə cənab Prezident Qarabağ sülh danışıqlarının sıra və ardıcılıqla detallarını ictimai müzakirəyə açıqlayıb ki, bunlar cəmiyyətimizdə aydın bir təsəvvürün yaranmasında böyük rol oynayıb. Məsələn, cənab Prezident rəsmi açıqlayıb ki, Azərbaycan 16 aprel Vyana görüşündə heç bir sənəd imzalamayıb, ilk dəfə Prezidentin öz dilindən eşitdik ki, Azərbaycan indiki vəziyyəti saxlamağa xidmət edən heç bir insident araşdırma mexanizmini məqbul saymır, cənab Prezident ATƏT sədrinin şəxsi nümayəndəsinin ofisinin 6 nəfərdən 12-13 nəfərədək artırılmasının sülh prosesi üçün heç bir ictimai önəm daşımadığını açıq deməklə bir çox dairələrdə gedən müzakirələri qapatdı.

2-5 aprel olaylarının necə başlandığını və Putinin şəxsən onun özündən hərbi əməliyyatların dayandırılmasını xahiş etməsini, Azərbaycan ordusunun 2 min hektar ərazini azad etdiyini, Vyana görüşlərindən əvvəl Sarkisyanın, uğursuz da olsa, müəyyən şərtlərlə danışıq aparmaq istədiyini, mərhələli həllin yeganə mümkün variant olduğunu və sair kimi çox mühüm detalları ilk dəfə Azərbaycan Prezidenti açıqlayıb. Bunları bir yerə cəmləyəndə danışıqlar prosesinin hansı mərhələdə olduğunun, tam olmasa da, müəyyən çərçivəsini çəkmək mümkündür. Bu, Azərbaycan xalqı üçün çox vacibdir. Həm də Prezident İlham Əliyevin bu istiqamətdə fəaliyyəti xalqları sülhə hazırlamaq barədə həmsədr ölkə başçılarının dəfələrlə verdikləri tövsiyəyə tam uyğundur. Sonuncu dəfə bu məsələ Fransa prezidenti Olandın vasitəçilik etdiyi üçtərəfli 2014-cü il Paris görüşündə xüsusi qeyd edilmişdi.

Bəs Sarkisyan bu istiqamətdə nə edir? Erməni cəmiyyətinə danışıqlar prosesinin detalları ilə bağlı obyektiv və konkret nəsə demir, əslində deyə bilmir, deyəndə də ya olanları təhrif edir, ya da erməni siyasətçilərinin yalnız ifrat radikal-millətçi kəsiminin zövqunə uyğun danışır. Məsələn, NATO-nun Varşava sammitindən sonra dedi ki, status-kvo o halda dəyişə bilər ki, DQ-nin öz müqəddəratını təyin etmək hüququ tanınsın. Bu bütün sülh prosesinin üstündən xətt çəkməkdir, bütün dünya ərazi bütövlüyü prinsipinə üstünlük verdiyi halda diametral əks mövqedir. Erməni cəmiyyətinin ağıllı kəsimi görür Sarkiyan ölkəni dünyəvi təcridə doğru aparır. Belə olduğu halda Sarkisyan Qarabağ danışıqlarının gedişi ilə bağlı müəyyən faktları öz xalqına doğru şəkildə necə açıqlaya bilər?!”.

İradə SARIYEVA

Həmçinin oxuyun

Başı yarılan uşağa yardım etməyən həkimlərlə bağlı qərar verildi

Jurnalist Məhərrəm Əliyev bir neçə gün öncə qardaşı oğlunun başından xəsarət aldığını, lakin xəstəxanaların heç …

Bir cavab yazın