Şənbə , Dekabr 10 2022
Ana səhifə / Cəmiyyət / AYB sədri qurultayın niyə keçirilmədiyinə aydınlıq gətirdi

AYB sədri qurultayın niyə keçirilmədiyinə aydınlıq gətirdi

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının keçirilməsi üçün vəsait köçürülməlidir.

Bunu AYB sədri, Xalq yazıçısı Anar Rzayev deyib.

O bildirib ki, qurultayın oktyabr ayının sonunda keçirilməsi planlaşdırılır: “Dəqiq tarix hələ məlum deyil. Bu da bizdən asılı deyil. Vəsait köçürülməlidir, qonaqları çağırmalıyıq. Pul köçürülən kimi dəqiq vaxt müəyyənləşəcək”.

A.Rzayev qurultayın Şabranda keçirilməməsinə aydınlıq gətirib: “Orada keçirmək mümkün olmadı. Mən özüm gedib baxdım. Hazır deyildi. Qurultayda qonaqlarla birgə 500-dən artıq iştirakçı olacaq. Şabranda da o qədər qonağı qarşılamaq üçün yer yoxdur”.

Qeyd edək ki, sentyabrın 22-də AYB-nin katibliyində keçirilən iclasda qurultayın təxirə salınması ilə bağlı qərar qəbul edilib. Report

Həmçinin oxuyun

Sahibkar cütlüyün “Paşa Bank”la məhkəmə çəkişməsi davam edir

Xəbər verdiyimiz kimi, bu ilin oktyabr ayında Azərbaycanın aparıcı banklarından biri olan “Paşa Bank” ASC …