Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Cəmiyyət / AYB-nin binası kredit qarşılığında girov qoyulub?

AYB-nin binası kredit qarşılığında girov qoyulub?

“Birlik əvvəlki dövrlərdə də müstəqil qurum kimi kredit götürüb və qaytarıb”

Bu ayın sonuna planlaşdırılan Yazıçılar Birliyinin qurultayı ilə bağlı söz-söhbət səngimək bilmir. Ötən gün qurumun sədri xalq yazıçısı Anar qurultay üçün kredit götürüldüyünü etiraf etdikdən sonra yeni bir məlumat daha yayıldı. “Yeni Müsavat”a məlumat verən mənbənin iddiasına görə, kreditin qarşılığında Yazıçılar Birliyinin binası girov qoyulub. Digər bir xəbərdə isə qeyd olunur ki, söhbət əsas binadan yox, AYB-ə aid digər bir mülkdən gedir.

Elçin Hüseynbəyli - 60

Elçin Hüseynbəyli

Yazıçı Elçin Hüseynbəyli “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, girov qoyulması məsələsi absurddur: “Maliyyə məsələləri ilə Çingiz Abdullayev məşğul olur. Mən bildiyim qədər Yazıçılar Birliyi həmişə kredit götürür. Bəzən biz maaşları vaxtında verə bilmirik. Bizə ayrılan vəsait bəzən bəs etmir. Qurultay üçün lazım olam məbləğin bir hissəsi keçirilib. Xaricdən gələn qonaqlarımızın bilet və hotel məsələsini həll etmişik. Qurultay oktyabrın 26-da keçiriləcək. Biz böyük kreditlər götürmürük. Yazıçılar Birliyinin binasının bir neçə milyon qiyməti var. Bu, absurddur. Bəzi insanlar qəsdən, savadsızlıqdan ortaya belə iddia atırlar. Qurultay hər zaman açıq formada keçirilib. Bizdə qapalı səsvermə keçirilmir. Sonuncu qurultay 2014-cü ildə keçirilib. Adətən qurultaylar üçün böyük vəsait tələb olunmur. Bu dəfə xarici qonaqların gəlməsi ilə əlaqədar xərc daha çoxdur, təbii ki. Amma inanmıram ki, çox böyük məbləğə ehtiyac olsun. Qarabağda quruculuq işləri aparılır. Dövlətin diqqəti ora yönəlib. Bu da təbiidir. İndiki vəziyyətə Anara alternativ yoxdur. Ədalət, idarəçilik, humanizm baxımından kifayət qədər dürüst insandır. Uzun müddət quruma rəhbərlik etməsinin səbəbi budur”.

Oxu.az - Seyran Səxavət: Nobel mükafatı Azərbaycan ədəbiyyatına layiq deyil

Seyran Səxavət

Yazıçı Seyran Səxavət bildirdi ki, binanın girov qoyulmasının həqiqət olduğunu zənn etmir: “Mən bunun həqiqət olduğuna inanmıram. O boyda binanı girov qoymaq olar? Bu yalandır. O ki qaldı Yazıçılar Birliyinə sədr seçimi ilə bağlı fikrimə, mən Anarın yenidən sədr seçilməsini istəyirəm”.

Maliyyə Nazirliyində yeni təyinat

 Mayis Piriyev

Maliyyə Nazirliyinin İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, 2022-ci ilin dövlət büdcəsində qeyri-dövlət təşkilatlarına verilən maliyyə yardımı üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsündə Azərbaycan Yazıçılar Birliyinə ayrılmış vəsaitdən əlavə həmin birliyin 2022-ci il 25 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan XIII qurultayının təşkili üçün vəsait ayrılıb: “Belə ki, müvafiq olaraq Mədəniyyət Nazirliyi və Yazıçılar Birliyi tərəfindən ödəniş üçün sifariş sənədləri Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinə  oktyabr ayının 6-da daxil olub və həmin gün də agentlik tərəfindən nəzərdə tutulan vəsaitin birliyin hesabına köçürülməsi təmin edilib. Birliyin kredit götürməsi məsələsinə gəlincə, Azərbaycan Yazıçılar Birliyi bu hərəkətlərində müstəqildir və  ictimai birlik olmaqla fəaliyyəti “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq normativ hüquqi aktlarla tənzimlənir. Adıçəkilən normativ hüquqi aktın müvafiq müddəalarına əsasən birliklər öz xərclərini təsərrüfat fəaliyyətlərindən əldə etdikləri gəlirlər, qrantlar, sponsorların və ayrı-ayrı şəxslərin yardımları və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına həyata keçirirlər. Lakin buna baxmayaraq dövlət qayğısı olaraq hər il dövlət büdcəsində bir sıra qeyri-dövlət təşkilatlarına, o cümlədən Azərbaycan Yazıçılar Birliyinə maliyyə yardımı nəzərdə tutulur. Eyni zamanda bizdə olan məlumata görə, birlik əvvəlki dövrlərdə də müstəqil qurum kimi kredit götürüb və qaytarıb”.

Həmçinin oxuyun

Sənubər İsgəndərli: “Qızıma çox qadağa qoyduğuma görə peşmanam” – FOTO

“Məndə insanlara qarşı həmişə məsafə var. Zarafat sevirəm, deyib-gülməyi xoşlayıram. Çalışıram kiminsə qəlbinə dəyməyim, amma …