Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Cəmiyyət / Ayaz Mütəllibovun xanımının yas mərasiminə hansı deputatlar qatılacaq? – SORĞU

Ayaz Mütəllibovun xanımının yas mərasiminə hansı deputatlar qatılacaq? – SORĞU

Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədilə Mütəllibova uzun sürən xəstəlikdən sonra dünən səhər saatlarında haqq dünyasına qovuşub.

Eks-prezidentin həyat yoldaşının hüzr mərasimi dünən Təzəpir məscidində keçirilib.

Mehriban Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondu eks-prezidentin həyat yoldaşının yas mərasiminin təşkilati məsələlərini öz üzərinə götürüb.

Bir sıra ictimai xadimlər Ayaz Mütəllimova baş sağlığı verib.

Modern.az yas mərasimində iştirak edib-etməyəcəkləri ilə bağlı Milli Məclisin deputatları arasında kiçik sorğu keçirib.

Vahid Əhmədov: “Ayaz Mütəllimov Azərbaycanın müstəqillik aktına  imza atan Prezident olub. Azərbaycanın müstəqillik dövründə ilk Prezidenti olub. Onun nə olub-olmamasından aslı olmayaraq Azərbaycan tarixində öz rolu var. Dövlət bunu nəzərə alaraq Mehriban xanım Əliyeva yas mərasiminin bütün xərcini öz üzərinə götürdü. Ayaz Mütəllibov kifayət qədər hörmət bəslədiyim şəxslərdən biridir. Mən dünən yas mərasimində iştirak etdim və özünə başsağlığı arzuladım”.

Hadı Rəcəbli: “Mən hazırda Bakıda deyiləm. Əgər çatsam yas mərasimində iştirak edəcəm. Burdan Ayaz Mütəllimova başsağlığı verirəm”.

Fazil Mustafa: “Əlbəttə, iştirak edəcəm. Mərasim vaxtını öyrənib gedəcəm”.

Çingiz Qənizadə: “Allah rəhmət eləsin. Ayaz Mütəllimova burdan başsağlığı verirəm. Mənim şəxsi tanışlığım olmadığına görə bu yasda iştirak etməyəcəm. Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın dünən yas mərasiminin bütün xərclərini öz üzərinə götürməsini təqdirəlayiq hesab edirəm. Bu humanizimin, insanlığın təntənəsidir”.

Eldar İbrahimov: “Allah rəhmət eləsinYas mərasimində iştirak edəcəm”.

Elman Məmmədov: “Allah rəhmət eləsin. Hazırda Bakıda deyiləm. Bakıda olsaydım belə iştirak etməyəcəkdim”.

Sevinc Hüseynova: “Yas mərasiminin dəqiq vaxtını və yerini bilmirəm. Amma mərasimdə iştirak etmək istəyim var”.

Dilarə Cəbrayılova yas mərasimində iştirak etməyəcəyini bildirib.

Sona Əliyeva: “Mənim Ayaz Mütəllimovlə şəxsi tanışlığım yoxdur. Yas mərasimində iştirak etməyəcəm. Həm də belə bir ehtiyac hiss etmirəm”.

Aqil Abbas: “Mən Bakıda olsaydım yas mərasimində iştirak edəcəkdim. Azərbaycanın Prezidenti olub, ailəsinə başsağlığı diləyirəm”.

Həmçinin oxuyun

Fəxrəddin Manafov: “Ordumuzla fəxr edirəm”

“Düşünmürdüm ki, müharibə məni bu qədər sevindirəcək. Sevindirici haldır, çünki qədim, tarixi torpaqlarımızı geri qaytarırıq. …