Bazar ertəsi , Noyabr 29 2021
Ana səhifə / Cəmiyyət / “Ayağının dərisi ayaqqabısıyla birlikdə soyulub çıxan əsgər görmüşəm” – VİDEO

“Ayağının dərisi ayaqqabısıyla birlikdə soyulub çıxan əsgər görmüşəm” – VİDEO

Onlar 44 günlük müharibənin könüllü həkimləri, fədakar tibb işçiləridir. Qayəsi həyata qaytarmaq olan sənətlərini ön cəbhədə icra eləmək üçün ilk gündən müharibə zonasına yola düşən, hansısa qəhrəman əsgərin son anına şahid, son nəfəsini verməkdə olan igidin yenidən yaşamasına vəsilə olan ağ xalatlılarımızla həmsöhbət olduq.

Şanlı qələbənin əldə edilməsidə onların da imzası var.

Ön cəbhədə qurulan Horadiz hospitalında iki cərrah qardaşı, iki həkim qardaşı oğlu ilə birlikdə xidmət göstərib 61 yaşlı Heyran xanım, özünü “qələbənin qanla qazanıldığının canlı şahidi”adlandıran Oqtay həkim orada gördüklərini bizə danışıblar.

“Mən hospitala gətiriləndə ayağının dərisi ayaqqabısıyla birlikdə soyulub çıxan əsgər görmüşəm”, – deyir Oqtay həkim.

Həkim Elgün Səmədov isə bildirir ki, həmin günlər filmlərdə gördüyü səhnələri yaşayıb.

Əsgərin ayağı dəyən o yerdən keçdi bizim də Qələbəyə gedən yolumuz. O, bayrağı daşıdı, biz qürurla, fəxrlə və şərəflə ardınca addımladıq. Bir dəmir yumruğa dönüb düşmənin başına çırpıldı Qarabağ həsrətimiz. İndi üçrəngli bayrağın kölgəsində xarıbülbülün Vətənini gülüstana çevirmək vaxtıdı. Qələbəmiz əbədi və daim olsun!

Həmçinin oxuyun

Əli İnsanovu toya buraxmadılar

Noyabrın 27-də keçmiş səhiyyə naziri Əli İnsanov toy mərasiminə buraxılmayıb. Sabiq nazir paytaxtın Xətai rayonu …