Bazar , Sentyabr 22 2019
Ana səhifə / Cəmiyyət / “Avtostop” verilişinin aparıcısından oliqarx-məmurlarımızı pərt edən ADDIM…

“Avtostop” verilişinin aparıcısından oliqarx-məmurlarımızı pərt edən ADDIM…

Daha bir möhtəşəm xəbər!
Avtostop verilişinin aparıcısı Tural Yusifov Jurnalistika ixtisasına qəbul olmuş və maddi durumu çox zəif olduğu üçün qeydiyyatdan keçməkdə çətinlik çəkən Zeynəbin növbəti il üçün nəzərdə tutulan 1500 manat təhsil haqqı ödənişini kart hesabımıza köçürdü.
Var olsun!
Qeyd edək ki, paylaşdığımız elandan sonra Zeynəbin birinci kurs üçün nəzərdə tutulmuş 1500 manat məbləğində təhsil haqqı bu gün ərzində toplanmışdı. Tural bəyin də dəstəyi sayəsində tələbəmizin 2-ci kurs üçün nəzərdə tutulmuş təhsilhaqqı da tamamlandı.
Həmçinin adının hallandırılmasını istəməyən bir şəxs də Zeynəbə 4 il boyunca hər ay 100 manat məbləğində təqaüd verəcək.
Bundan başqa ADU Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbəni yataqxana və pulsuz yemək talonları ilə təmin edəcək.
Əziz tələbələrimiz, ADU THİK hər zaman sizin yanınızdadır.
Biz sadəcə gələcəyimizə yatırım edirik.Şahin Sərdarlı, ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri

Həmçinin oxuyun

Dənizdə dalğanın hündürlüyü 6,3 metrə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi saat 21:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb. Nazirliyin …