Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Cəmiyyət / Avtoşluq edən əsgər bu məmurun oğludur – Video

Avtoşluq edən əsgər bu məmurun oğludur – Video

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə hərbi xidmət yerini tərk edərək Bakıda avtoşluq edən əsgərin görüntüləri yayılıb.

Avtoşluq edən Əziz Məlikov vəzifəli şəxsin oğludur. Belə ki, onun atası Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. 

Məlumata görə, Ə.Məlikovun adı əsgərlikdə getsə də özü Bakıda avtoşluq edərək görüntülərini sosial şəbəkələrdə paylaşırmış.

Soltanpaşa Məlikovun, həm də bizneslə məşğul olduğu bildirilir.

Xatırladaq ki, DYP-nin yaydığı məlumatda qeyd olunur ki, Nəsimi rayonu Cavadxan küçəsində 99-BC-181 dövlət nömrə nişanlı, “Chevrolet Cruze” markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb. /Azpolitika.info

Həmçinin oxuyun

Nazim İbrahimovun bir qardaşının da adı fırıldaqçılıqda hallanır – Bir evi bir neçə şəxsə satıb? – VİDEO

Paytaxtda intihara cəhdin qarşısı alınıb. “Unikal” xəbər verir ki, bir xanımın özünü tikilməkdə olan binanın üstündən …