Çərşənbə , Sentyabr 22 2021
Ana səhifə / Cəmiyyət / “Avtomobil nömrələrinin baha qiymətə satılması məmur özbaşınalığıdır” — AÇIQLAMA

“Avtomobil nömrələrinin baha qiymətə satılması məmur özbaşınalığıdır” — AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Dövlət Yol Polisi tərəfindən avtomobil qeydiyyat nişanlarının və sürücülük vəsiqələrinin qanunsuz şəkildə verilməsi ilə bağlı narazılıqlar artmaqdadır. Qurum hərraca çıxarılmalı olduğu avtomobil nömrələrini baha qiymətə satır. Başqa sözlə, hərraca çıxarmadan alıcılara istədiyi qiyməti “oxuyur” və bununla da insanlar arasında narazılıq yaranır. 

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bunu məmur özbaşınalığı adlandırıb:

“Hansısa məmur əlavə qazanc əldə etsin deyə belə yollara əl atır. Hər məmur öz qazanc yeri üçün belə vasitələr yaradır. İndi nəinki avtomobil qeydiyyat nişanları, hətta mobil telefon nömrələri də xüsusi şəkildə satılır. Dövlət tərəfindən bununla bağlı xüsusi qaydalar müəyyənləşdirilib, amma görünür daha sistemli mexanizm yaradılmalıdır. Əldə olunan gəlir birbaşa büdcəyə getməlidir. Bunu birbaşa vergiyə bağlamaq lazımdır, birbaşa büdcəyə bağlı sistem yaradılmalıdır. Hazırda minlərlə belə hal var ki, onların sayəsində büdcəyə getməli olan pullar kiminsə mənfəətinə gedir. Bununla ciddi məşğul olmaq lazımdır. Dövlət bu məslələrə diqqəti atırmalıdır. Kimsə çalışır ki, əlavə gəlir yeri yaratsın, bunun da nəticələri göz önündədir, bu cür hallar yaranır”.

Həmçinin oxuyun

Xeyrəddin Qocadan ayətullahın təhdid mesajına reaksiya: “Ağzına gələni danışıb“

İran dini lideri Ayətullah Xamneyinin nümayəndəsi, Ərdəbil şəhərinin imamcüməsi Ayətullah Seyid Həsən Amili öz cümə …