Çərşənbə axşamı , Avqust 9 2022
Ana səhifə / Cəmiyyət / Avtomobil almaq istəyənlər üçün vacib xəbər (VİDEO)

Avtomobil almaq istəyənlər üçün vacib xəbər (VİDEO)

Aİ-95 və Aİ-98 markalı benzinin qiymətinin qalxması ekoloji təmiz avtomobillərə tələbi artırıb.
Nəqliyyat eksperti Eldəniz Cəfərov “Xəzər Xəbər”ə deyib ki, xüsusilə son günlər bu növ nəqliyyat vasitələri alanların sayı çoxalıb. Çünkü bu nəqliyyat vasitələri qismən yanacaqla işləyir və digər avtomobillərlə müqayisədə sərfiyyatı aşağı hesab edilir.
Bununla yanaşı dizel mühərrikli avtomobillərə də tələb çoxalıb.
Mövcud qaydalara görə, elektrik mühərrikli və istehsal tarixi 3 ildən, mühərrikinin həcmi isə 2500 kub santimetrdən çox olmayan hibrid avtomobilləri idxal zamanı yalnız əlavə dəyər vergisindən azaddır. Ancaq ekspert hesab edir ki, bu həvəsləndirici addımlar kifayət deyil və belə addımlar davam etdirilməlidir.
Ekspert onu da bildirdi ki, hələlik daxili bazarda payız aylarına qədər avtomobillərin qiymətinin qəfil yüksəlməsi və yaxud enməsi gözlənilmir.

https://www.youtube.com/watch?v=898znp5LesQ

Həmçinin oxuyun

“Onların bir daha “viloş-ziddoş qarşıdurması” müstəvəsində aşağılanmasına yol verməmək lazımdır”

Ya Hüseyn! Londonda bir qrup başıpozuğun Azərbaycan səfirliyinə basqın zamanı bayrağımıza qarşı etdikləri sayğısızlığa ən …