Cümə , Oktyabr 23 2020
Ana səhifə / Cəmiyyət / “Avropa qapıları” müştəriləri niyə incidir? – “Ödəniş tam edilsə də…”

“Avropa qapıları” müştəriləri niyə incidir? – “Ödəniş tam edilsə də…”

Aida Bayrambəyova adlı istifadəçi “Müştəriyəm Şikayətim Var” qrupuna şikayət məktubu ünvanlayıb.

Sfera.az “Avropa qapıları” Şirkətindən şikayətçi olan xanım istifadəçinin sözügedən məktubunu oxucularına təqdim edir:

“Şikayətim Bakının Məmməd Araz 72 küçəsində yerləşən “Avropa Qapıları” Şirkətindəndir. Deməli, 1 ay bundan əvvəl, qapilarin ödənişi tam edilsə də, qiymətə daxil edilən qapilarin qurasdirılma işi hələ də icra olunmayib, evimin digət təmir işləri də qapılara görə dayandırılıb.

“Avropa Qapilari” qeyri-peşəkar, sözünün üstündə durmayan, işini təhvil verməyən, başlıcası isə müştərilərə hörmətlə yanaşmayan bir şirkət imiş, təəssüf ki, bunu çox tez bildim.

Hər gün dəfələrlə zəng vursam da, şirkətə gedib məsul şəxslərlə görüşsəm də, bu günədək heçbir işgörülməyib. Satıcı və özünü müdir adlandıran Aqil hər görüşdə söz verirlər ki, bu gün məsələ həll olunacaq, sonra isə ya telefonlarına zəng çatmır, ya da yeni bir yalan uydururlar. Bir aya yaxindir, yalan-palanla ishimi uzatmaqdan başqa heç nə etmirlər.

Onu da qeyd edim ki, orda olanda dəfələrlə başqa müştərilərin də şirkətin yarıtmaz fəaliyyətindən giley etdiyinin şahidi olmuşam.

Ən qəribəsi isə odur ki, qapılarısifarişedəndən bir müddət sonra tam ödəniş etməyimi istədilər, razı olmadım. Az sonra satıcı: ” Qapilar artiq hazirdir, ödəməni tam etməlisiniz”,-deyib durdu. Elə o vaxt anlamalı idim ki, burda bir fırıldaq var, problem yaşaya bilərəm.

Əlqərəz, bildirdim ki, qapıları görmədən pulu tam ödəyə bilmərəm, görmədiyim malin pulununiyəödəməliyəm axı? Kaş ki, qapılar qurasdirdiqdan sonra tam ödəniş edəydim, amma yenə də ümidli idim ki, ciddi şirkətdir, yəqin işi, müştəriyə xidməti də ciddi olar.

Bəli, mən bilmədən bu şirkətlə iş gördüm və çox peşman oldum. O şirkətləbaşqa işlər görməyi də planlayırdım, amma fikrimdən daşndım.

Sizə məsləhətim, “Avropa Qapilari” Şirkətindən uzaq durun. Sizə hörmətlə yanaşan, peşəkar, vaxtında vəkeyfiyyətli iş görən bir şirkətə müraciət edin. Ətrafda bu cür şirkətlər çoxdur. Nə badə, mən etdiyim səhvi edəsiniz.”

Həmçinin oxuyun

İşğaldan azad edilən Mincivan qəsəbəsinin əsrarəngiz görüntüləri… – FOTOLAR

Dünən işğaldan azad edildiyi açıqlanan Zəngilan rayonunun Mincivan qəsəbəsinin fotolarını təqdim edirik.Xatırladaq ki, Mincivan qəsəbəsi …