Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Avropa Parlamenti “erməni soyqırımı”nı tanıyıb sərhədləri açmağı tələb etdi

Avropa Parlamenti “erməni soyqırımı”nı tanıyıb sərhədləri açmağı tələb etdi

Türkiyənin Xarici İşlər Nazirliyi Avropa Parlamentinin (AP) “erməni soyqırımı”na dair qətnamə qəbul etməsi ilə bağlı bəyanat yayıb.

Virtualaz.org saytının Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, XİN-in bəyanatında deyilir ki, AP öz səlahiyyətləri çərçivəsindən kənara çıxaraq yenidən tarixə düzəliş etməyə cəhd göstərib.

Türkiyə XİN avropalı parlamentarları 1915-ci il hadisələri ilə məşğul olmağa başlamazdan əvvəl öz tarixlərinə nəzər salmağa, öz ölkələrinin I və II dünya müharibələri zamanı törətdikləri cinayətləri xatırlamağa çağırıb.

AP-nin qəbul etdiyi qətnamənin 4-cü bəndi Azərbaycanın milli maraqları və milli təhlükəsizliyi ilə də bilavasitə bağlıdır. Beləliklə, hmin qətnamə Türkiyə ilə yanaşı həm də Azərbaycana qarşı yönəlib.

Qətnamənin 4-cü bəndində deyilir ki, Türkiyə heç bir ilkin şərt irəli sürmədən Ermənistanla sərhədləri açmalıdır. Yəni AP faktiki olaraq rəsmi Ankaraya Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı faktına məhəl qoymamağı tövsiyə edir.

Roma papası “erməni genosidi”ndən danışanda Azərbaycan XİN susdu. Rəsmi Bakı bu dəfə də müşahidəçi rolunda çıxış etsə, bu addım Türkiyə-Azərbaycan ittifaqının ümumi ruhuna zidd davranış sayılacaq.

“Avropa Parlamenti yenə tarixi səhvə yol verdi. AP anti-Türkiyə mövqeyi tutaraq bütün türkləri təhqir etdi ki, bu da yolverilməzdir” – bunu Türkiyənin Avropa İttifaqındakı səfiri Səlim Yenəl deyib.

Səfirin sözlərinə görə, Türkiyə ilə məsləhətləşmə və dialoq aparılmadan birtərəfli qərar qəbul edilib: “Bu qətnamənin heç bir hüquqi dəyəri yoxdur. Türkiyə və ya Avropa İttifaqı-Türkiyə münasibətləri üçün heç bir əhəmiyyəti yoxdur. Çünki Avropa Parlamenti Avropa İttifaqının adından çıxış edə bilməz”.

Türkiyənin Avropa naziri Volkan Bozkır da AP-nin qərarını şərh edib. Nazir bəyan edib ki, qərar tarixi gerçəkliklərlə üst-üstə düşmür: “Belə qərarlar Türkiyə üçün yox kimidir. Parlamentlərin vəzifəsi tarix yazmaq deyil. 1915-ci il hadisələrinə “soyqırımı” demək iftiradan başqa bir şey deyil”.

Bir neçə saat öncə AP-nin binası qarşısında qətnamənin qəbuluna qarşı etiraz aksiyası keçirilib.

Virtualaz.org

*   *   *22:22

Avropa Parlamenti 24 aprelin Avropa Birliyinə daxil olan ölkələrdə “erməni soyqırımı” günü kimi qeyd edilməsilə bağlı sənədi qəbul edib.

BBC xəbər verir ki, parlament müzakirələrini Xarici İşlər Komitəsinin sədri Elmar Brok açıb: “Həmin dönəmdə 1 milyondan çox erməni həyatını itirib. Biz onları unutmamalıyıq. O insanların öldürüldüyünü unutmamalıyıq. Bu, bir soyqırımdır”.

Avropa Xalqları Partiyasının (European People’s Party) rumıniyalı deputatı Preda Cristian Dan da çıxışında Türkiyənin “soyqırımı qəbul etməsinin erməni və türk xalqları arasında uzlaşmanın” təmin olunması üçün vacib olduğunu deyib.

Avropalı Mühafizəkarlar və İslahatçılar qrupundan belçikalı Mark Demesmaeker də parlamentarları gündəlikdəki məsələsinin lehinə səs verməyə çağırıb: “Bu, türk xalqına, ya da Türkiyə liderlərinə qarşı deyil. Sadəcə tarixi doğru tanımağa yönəlik addımdır”.

İclasda söz alan portuqaliyalı xristian-demokrat Paulo Rangel prezident Rəcəb Tayyib Ərdoğanın Roma papası Fransisk haqqında dediklərini də tənqid edib: “Papaya xaç atası kimi müraciət edə bilməzsiniz”.

Çıxışlardan sonra sənəd müzakirəyə çıxarılıb və səs çoxluğu ilə qəbul edilib.

Qərar Türkiyədə bomba effekti verib. Sərt və kəskin təpkilər var. Prezident Ərdoğan qərarın qəbuluna saatlar qala demişdi ki, AP nə qərar versə, bizim bir qulağımızdan girər, digərindən çıxar.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın