Cümə axşamı , Dekabr 3 2020
Ana səhifə / Cəmiyyət / «Avropa papalardan asılılığın rüsvayçı orta əsrlər dövrünə qayıtdı»

«Avropa papalardan asılılığın rüsvayçı orta əsrlər dövrünə qayıtdı»

Aydın Quliyev: «Roma Papası ilə Avropa Parlamenti sövdələşərək Qarabağ sülh prosesinə son zərbəni vurdular»

Roma Papasının ardınca Avropa Parlamenti də uydurma erməni soyqırımını tanıdı və bununla bütün türk dünyasına xəyanət, beynəlxalq hüquqa hörmətsizlik etdilər.
«Bakı-Xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev əvvəlcə Azərbaycanın və Türkiyənin hər iki hadisəyə rəsmi münasibətinin prinsipial və beynəlxalq hüquq normalarına uyğun olduğunu bildirdi: «Türkiyə də, Azərbaycan da lazımi sərtlik və prinsipiallıq göstərdi. Əslində Papanın və Avropa Parlamentinin qiymətləndirmələri başqa cavab üçün reaksiyalar saxlamayıb. Bir-iki günlük fərqlə Papanın və Avropa Parlamentinin eyni mövqe sərgiləməsi təsadüfə oxşamır. Papa ilk bəyanatla AP-ni cəsarətləndirdi. Ehtimal ki, aralarında gizli bir sövdələşmə var. Bu, Avropanın siyasi olaraq Vatikanın tam təsiri altında olduğu orta əsrlər dövrünə əcaib qayıdış kimi başa düşülməlidir. AP Papanın «pası ilə qol vurdu». AP və Papa birlikdə Qarabağ sülh prosesinin bütün perspektivinə böyük zərbəni vurdular, Türkiyə-Ermənistan sərhədlərinin açılmasına olan bütün ümidləri qırdılar.
Orta əsrlərdə də belə idi. Papalar nə deyirdi, krallar icra edirdi, bəzən krallar özləri elə həm də Papa olurdular. Heç nə dəyişməyib, qalır bir inkvizisiyanı, bir də dirilərə cənnətin sığorta şəhadətnaməsi olan indulgensiya fərmanlarının satışını bərpa etmək.
Avropa bununla insan haqları, demokratiya və ədalət daşıyıcılığı barədə indiyə qədər az-çox yarada bildiyi imicini tam dağıtdı. İndi Avropa institutları ilə aşkar-örtülü əməkdaşlıq edən daxili siyasi qüvvələr də sözlərini deməlidir, aydınlaşdırmalıdır ki, belə Avropa ilə işbirliyinə gedib onun davranışlarını dəyər kimi qəbul etməyə dəyərmi”

Həmçinin oxuyun

“30 ildir çatladıq, Əliyevdən “vur” əmri, gəlincə rahatladıq…”

Azərbaycanın Qarabağda apardığı 44 günlük savaş ərzində qardaş Türkiyə dövləti və xalqı bu haqq savaşına …

Bir cavab yazın