Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / ATV KANALI DYP-Nİ NİYƏ  “VURUB”?  – İLGİNC FAKTLAR

ATV KANALI DYP-Nİ NİYƏ  “VURUB”?  – İLGİNC FAKTLAR

ATV kanalının bu gün yol polisləri ilə bağlı hazırladığı sərt tənqidi videomaterial gündəmin əsas mövzularından birinə çevrilib. Belə ki, TV-nin “Son xəbər” buraxılışında Daxili İşlər Nazirliyi əməkdaşlarının sürücülərə qarşı qanunsuz əməlləri barədə danışılıb və bunu sübut edən görüntülər təqdim olunub. Kanalın hazırladığı material reallığı əks etdirsə də, toxunulan problemlər hamının ürəyindən xəbər versə də, illərdir bu məsələləri görməzdən gələn kanalın birdən-birə cəsarətlənməsi sual doğurub.  

 Belə bir məqamda kanalın Daxili İşlər Nazirliyini sərt tənqid etməsinin səbəbləri ilə bağlı AzNews.az-a maraqlı informasiya daxil olub. Hüquq mühafizə orqanlarından daxil olan məlumata görə, TV-nin yol polisinə qarşı sərt davranmasının kökündə bir neçə gün əvvəl baş vermiş hadisə dayanır. Belə ki, ATV-nin icraçı direktoru Rauf Dadaşovun idarə etdiyi “Toyota Prado” markalı avtomobil (Nömrə nişanı – 10 UE 579) yanvarın 5-dən 6-a keçən gecə yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb. Avtomobilin saxlanılmasına səbəb qadağan olunmuş “ksenon” işıqlarından istifadə edilməsi olub. 

 Məsələyə ATV-nin prezidenti Vüqar Qaradağlı səviyyəsində müdaxilə edilməsinə baxmayaraq, həmin gün avtomobil cərimə meydançasından buraxılmayıb. Sürücüyə İnzibati Xətalar Məcəlləsinin 155.2.2 maddəsiylə protokol tərtib olunub. Bundan qəzəblənən TV rəhbərliyi Daxili İşlər Nazirliyinin qanunsuzluqlarını nümayiş etdirən süjet hazırlayıb. 

 Məlumat üçün bildirək ki, Rauf Dadaşov Vüqar Qaradağlının həm də qaynıdır.

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın