Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Atatürkçü zabitlər orduya çağırıldı

Atatürkçü zabitlər orduya çağırıldı

Balyoz davası ucbatından həbs edilən zabitlərin bir qismi yenidən Türkiyə Silahlı Qüvvələrinə geri qaytarılır.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı “Milliyyət” qəzeti yayıb.

Qəzet ehtiyatda olan zabitlərin “təcili” kodu ilə orduya çağırıldığını bildirib. Geri çağırılan zabitlərin böyük hissəsi polkovnik rütbəli şəxslərdir. Ehtiyatda olan hərbçilərin çoxu Hərbi Dəniz Qüvvələrinə yerləşdirilib. Üstəlik, Sahil Təhlükəsizlik Komandanlığına Bülənd Olcay, Sahil Qüvvət Komandanlığına Öndər Çələbi, Cənub Qrup Komandanlığına Aykar Təkin rəhbər təyin edilib. Geri çağırılan hərbçilər sırasında Cem Okyay və Yankı Bağçıoğlunun da olduğu bildirilib.

Qeyd edək ki, Balyoz davası 2010-cu ildə başladılıb. O zamankı iddialara görə, məhz Balyoz planı sayəsində Türkiyə 1-ci Ordu Komandanlığı çevriliş həyata keçirməli idi. Balyoz davasının başlanması sayəsində 400-dən türk zabiti həbs edildi. Həbs edilənlər sırasında 1-ci Ordu komandanı general Çətin Doğan da yer aldı. Sonradan 2014-cü ildə Doğan da daxil olmaqla Balyoz davasında həbs edilən zabitlərin böyük bir qisminə bəraət verildi. Onlara qarşı sürülən iddiaların doğru olmadığı bildirildi.

Həmçinin oxuyun

“Videomu paylaşıblar, məni biabır etmək istəyirlər?” – Cahangir Əsgərov DANIŞDI

“Mən artıq təqaüdə çıxmışam. Hazırda pensiya alıram”. Bunu “Unikal”a açıqlamasında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) …

Bir cavab yazın