Çərşənbə axşamı , Yanvar 19 2021
Ana səhifə / Cəmiyyət / Atasının dəfninə gedə bilməyən Rəsulzadənin acısı- “Zavallı son anında…”

Atasının dəfninə gedə bilməyən Rəsulzadənin acısı- “Zavallı son anında…”

Məhəmməd Əmin Rəsulzadə bolşeviklər ADR-i işğal edəndən sonra ömrünün yerdə qalan hissəsini qürbıtdı keçirməli olan Rəsulzdə son günə qədər ailəsinin, övladlarının həsrətini çəkib.
Sizə təqdim edəcəyimiz iki məktub ona atasının ölümü ilə bağlı başsağlığı verən dostlarına cavabıdır. Hansı ki, Rəsulzadə o zaman bir neçə il idi ki, xaricdə mühacir idi. Atasının dəfninə belə getmək imkanı yox idi. Ona başsağlığı verən Topçubaşova özünün cavab məktubunda bunları yazır:

“29 mart tarixli təziyətnamənizi aldım. Hərarətli cümlələrlə bəyan etdiyiniz duyğular dərd görmüş bir atanın ağzından çıxdığı üçün atasını itirmiş bir oğulu həm mütəəssir edir, həm də ona təsəlli verir. Nə edək, dözməliyik. Silsilədə bu həlqələr də varmış. Mərhumun ölüm ayağında, son nəfəsindəki duyğuları haqqındakı təsəvvürləriniz çox doğrudur. Könül arzu edərdi ki, bu qədər fəlakətdən sonra zavallı ixtiyarlarımız heç olmasa bir neçə gün də olsa məmləkətin qurtuluşunu görməklə məmnun olaydılar. Fəqət qədərin quruluşunda məntiq nə gəzir? O, ixtiyarlara deyil, həyata hər cür haqları olan gənclərə belə qıyır. O, kürdür. Bununla belə, böyük ədalətin mövcudluğunu düşünmürük. Bu ədalətdən gözləyirik ki, şəxsimizdən aldığını könlümüzə qaytarmaqla əvəzini versin. Duyğularınıza və dualarınıza görə çox-çox təşəkkür edirəm”.

Məktubda bu cür mətin görünməsinə baxmayaraq, atasının ömünü Rəsulzadəyə çox mənfi təsir etmişdi. Amma yenə də özünü toxtaq göstərməyə çalışır. Ceyhun bəy Hacıbəylinin ona ünvanladığı başsağlığı məktubuna yazdığı cavabda da bunu görə bilərik:

“Əzizim Ceyhun bəy! 30 mart tarixli başsağlığı məktubunuzu aldım. Ata baxmayaraq ki, yaşlı idi, lakin hicran içində bu dünyadan köçməsi məni çox təəssüfləndirdi. Zavallı son anında da bu hicrandan bəhs edə-edə gözünü dünyaya qapamışdır. Söylədiyiniz kimi, yeganə təsəllimiz, onun çox da rahatlıq və dinclik tapmadığı Vətəni düşməndən xilas etmək istiqamə- tində fəaliyyətlə məşğul olmaqdır. Cənabi-həqq ölənlərinizə rəhmət eləyə. Çox təşəkkür edirəm, əzizim. Dostunuz Məmməd Əmin”. (Moderator.az)

Həmçinin oxuyun

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız — VİDEO

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi …