Cümə axşamı , Oktyabr 6 2022
Ana səhifə / Cəmiyyət / “Atanın oğul üçün məzar düzəltdirməyi faciədir”

“Atanın oğul üçün məzar düzəltdirməyi faciədir”

“Şəxsi həyatımda dəyişiklik olub, amma balalarıma aid etməmişəm. Balalarımdan əl çəkməmişəm. Həyat yoldaşım da onları sevirdi, balalarımdan əl çəkməyib. Gedib-gəlmişik, yaxşı münasibət olub”.

Bu sözləri Əməkdar artist Rəhman Rəhmanov “O üz” proqramında deyib. Aktyor dünyasını dəyişən oğlundan danışıb: “İlham hər şeyi mənə danışırdı. Elə övladı kim istəməz?  Ona görə yanıb tökülürəm. Elə övlad ölməməlidir, valideyni mənzil başına yola salmalıdır. Valideyn deyir ki, övladımın çiynində gedim. Amma atanın oğul üçün məzar düzəltdirməyi faciədir”.

Həmçinin oxuyun

TARİXİMİZƏ SAHİB ÇIXAQ

“Tariximizə sahib çıxaq” tarixi araşdırmalar və maarifləndirmə İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət …